#İqtisadiyyat Nazirliyi

Astana şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Qazaxıstan-Azərbaycan biznes forumu çərçivəsində AZPROMO və bir sıra şirkətlər arasında üç sənəd imzalanıb. İmzalanan sənədlər tərəflər arasında investisiya və sənaye sahələrində əməkdaşlığın dərinləşdirilməsini, eləcə də birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Koreya-Azərbaycan Məzunlar Assosiasiyasının tərəfdaşlığı ilə “Gələcək bacarıqlar 4.0: Gələcəyin sənayesi üçün universitetlərin potensialının qurulması” layihəsinin icrası ilə bağlı təqdimat keçirilib.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) Çin şirkəti "China Datang Overseas Investment Co." ilə birgə Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı"nın yaradılması üzrə Anlaşma Memorandumunu (MoU) imzalayıb.

18-19 sentyabr tarixlərində Türkmənistanın Avaza şəhərində Türkmənistan İnvestisiya Forumu keçirilib. Müxtəlif dövlətlərin, xarici qurumların nümayəndələrinin, iş adamlarının iştirakı ilə keçirilən forumda ölkələrin iqtisadi potensialının təqdimatı keçirilib, beynəlxalq tərəfdaşlıq və investisiya əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirə olunub. Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov təmsil edib.

Aİ-nin Genişlənmə və Şərq Qonşuluğu üzrə Komissarı ilə keçirilən görüşdə investisiya təşəbbüsləri, minatəmizləmə, su ehtiyatlarının idarəolunması, nəqliyyat və digər sahələrin davamlı inkişafına dəstək üzrə fikir mübadiləsi aparılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Genişlənmə və Şərq Qonşuluğu üzrə Komissarı xanım Marta Kosla görüşüb.

Sentyabrın 18-də Avropa İttifaqının genişlənməsi məsələləri üzrə Komissar Marta Kos Bakıda olacaq.Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə istinadla xəbər verir ki, səfər Ermənistan-Azərbaycan sülh prosesinin həlledici məqamına təsadüf edir və regional inkişafa konkret töhfə olaraq Aİ-nin Regionlararası Əlaqələr Gündəliyini təqdim etmək imkanı yaradacaq.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında enerji sahəsində tərəfdaşlıq və qarşılıqlı investisiyalar barədə müzakirələr aparılıb. "Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüşdük. Həyata keçirilən birgə layihələr, enerji sahəsində tərəfdaşlıq, qarşılıqlı investisiyalar və əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr apardıq", - deyə paylaşımda qeyd edilib.