#İqtisadiyyat Nazirliyi

Məlum olduğu kimi, kənd təsərrüfatı sektoru torpaq vergisi istisna olmaqla digər vergilər üzrə ödəmələrdən azaddır. Mövcud qanunvericiliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları mənfəət, gəlir, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət zamanı istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad ediliblər. Bundan başqa, aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara da vergi təşviqləri verilib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrəyə əlçatanlığının artırılması, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təminatının gücləndirilməsi, tullantı kimi ətraf mühitə atılan xammalın emala cəlb edilməsi məqsədilə orqanomineral gübrələrin də idxalı və satışının ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Belə ki, 2026-cı ildən etibarən mineral gübrələrlə yanaşı, üzvi və üzvi-mineral gübrələrin idxalı və satışından ƏDV tutulmayacaq.

Oman Sultanlığı ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Əl Saqri ilə görüşüb, iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib.Görüşdə iki ölkə arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli münasibətlərin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm zəmin yaratdığı qeyd edilib. Tərəflər birgə iqtisadi fəaliyyətin təşviqi istiqamətində hüquq-müqavilə bazasının gücləndirilməsinin, Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun, İnvestisiya üzrə İşçi Qrupunun və Azərbaycan-Oman Birgə Biznes Şurasının yaradılmasının önəmini vurğulayıblar.

Azərbaycanla Türkiyə arasında iqtisadi-ticari münasibətlər ölkələrimizin liderləri arasında yüksəksəviyyəli qarşılıqlı əlaqəni tam əks etdirməlidir. İki qardaş dövlət arasında ticarət dövriyyəsini ildə 15 milyard dollara çatdırmaq üçün əlimizdən gələni edirik. Bu barədə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Böyükfırat bildirib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) vergi və sosial sığorta qanunvericiliyində edilən dəyişikliklərin sahibkarların ictimai birlikləri, sahəvi assosiasiylar, palatalar, auditorlar və konsaltinq şirkətləri üçün təqdimatı keçirilib. Tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri və iqtisadçı ekspertlər də iştirak ediblər.

2025-ci ilin yanvar - noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 15 milyard 310,5 milyon manat vergi daxil olub, proqnoza 105,1 faiz əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 315,1 milyon manat və ya 2,1 faiz artıb.