#Rəcəb Tayyib Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şura toplantısından əvvəl Anıtkabiri ziyarət edərək, Türkiyənin bölgəsində strateji gücə çevriləcəyini vurğulayıb. O, “Yenidən formalaşan qlobal sistemdə Türkiyəni qütb dövləti etmək uğrunda mübarizəmiz qurulan tələlərə, daxildən və xaricdən edilən hücumlara baxmayaraq davam edir” - deyə bildirib.

Afina Aralıq dənizi proseslərindən kənarda qalır, Türkiyə isə gücündən səmərəli istifadə edir. Bu sözləri Yunanıstanın keçmiş xarici işlər naziri Dimitris Avramopulos İstanbulda keçirilən Türkiyə–İtaliya–Liviya Əməkdaşlıq Sammitini şərh edərkən deyib. O Afina hökumətinin Aralıq dənizi ilə bağlı diplomatik proseslərdən kənarda qalmasını tənqid edib.

Ərdoğan, Qəzza zolağındakı humanitar vəziyyətin kritik həddə çatdığını, baş verənlərə yalnız reaksiya verməyin kifayət etmədiyini, bunun qarşısının alınması üçün addımlar atmağın bəşəriyyətin üzərinə düşən bir vəzifə olduğunu vurğulayıb.