#Rəcəb Tayyib Ərdoğan

Pakistanın Baş naziri Şahbaz Şərif atəşkəs prosesinə verdikləri dəstəyə görə bir sıra ölkələrə təşəkkür edib. Şərif xüsusilə Çin, Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və Qətər-in atəşkəsin əldə olunmasına verdiyi “əhəmiyyətli və hərtərəfli dəstəyi” yüksək qiymətləndirib.

MİT rəhbərliyi ABŞ-İsrail və İran arasındakı hərbi münaqişənin dayandırılması və atəşkəs prosesinin asanlaşdırılması məqsədilə genişmiqyaslı diplomatik fəaliyyətə başlayıb. MİT münaqişənin daha geniş bölgəyə yayılmasının qarşısını almaq üçün bütün müvafiq qurumlarla koordinasiyalı şəkildə aktiv səylər göstərir.

Rəcəb Tayyib Ərdoğan sosial media hesabında paylaşım edərək 28 fevraldan bəri davam edən münaqişə fonunda əldə olunan atəşkəsdən məmnunluğunu ifadə edib. Ərdoğan atəşkəsin sahədə tam və düzgün şəkildə tətbiq edilməsinin vacibliyini vurğulayaraq, mümkün təxribat və sabotaj cəhdlərinə imkan verilməməsinin önəmini qeyd edib.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan və İspaniyanın Baş naziri Pedro Sançez arasında telefon danışığı baş tutub. Görüş zamanı liderlər ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələləri ətraflı müzakirə ediblər. Prezident Ərdoğan Türkiyə və İspaniyanın müdafiə sənayesi başda olmaqla hər sahədə nümayiş etdirdiyi həmrəyliyin hər iki xalq tərəfindən məmnuniyyətlə qarşılandığını və bu münasibətləri daha da inkişaf etdirməyi hədəflədiklərini bildirib.

Terrorun bütün növlərinə qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İsrail Baş konsulluğu yaxınlığında baş vermiş terror hücumunu şərh edərkən bildirib. Hücumla bağlı həm İstanbul Baş Prokurorluğumuz, həm də polis və kəşfiyyat qurumlarımız tərəfindən zəruri araşdırmalar sürətlə başladılıb. Yaralı polis əməkdaşlarımıza Uca Allahdan şəfa diləyir, İstanbul Polisinə və İstanbul sakinlərinə "keçmiş olsun" deyirəm.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə telefon əlaqəsi saxlayıb. Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, tərəflər regional və qlobal məsələləri, eləcə də Alyansı maraqlandıran strateji mövzuları ətraflı mühakimə ediblər. Prezident Ərdoğan danışıq zamanı İrana qarşı hərbi müdaxilə ilə başlayan prosesin artıq "geostrateji çıxılmaz vəziyyətə" sürükləndiyini vurğulayıb. O, beynəlxalq birliyi bu müharibəni dayandırmaq üçün səyləri artırmağa çağırıb. Ərdoğan həmçinin NATO-nun Türkiyənin hava hücumundan müdafiəsinə verdiyi dəstəyin Alyansın çəkindiricilik gücünü bir daha nümayiş etdirdiyini qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib. İstanbuldakı Dolmabahçe İş Ofisində baş tutan görüşdən əvvəl yüksək səviyyəli qonaq üçün rəsmi qarşılanma mərasimi keçirilib. Rəsmi qarşılanma mərasiminin ardından hər iki lider təkbətək görüşə keçiblər. Görüş zamanı Ukraynadakı son vəziyyət, regional təhlükəsizlik məsələləri və iki ölkə arasındakı strateji əməkdaşlığın gələcək perspektivlərinin müzakirə edildiyi bildirilir. Görüşün yekununda liderlərin mətbuata birgə bəyanatla çıxış edəcəyi gözlənilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurucu lideri Alparslan Türkeşin vəfatının 29-cu ildönümü münasibətilə anım mesajı yayımlayıb. Prezident mesajında mərhum lideri rəhmətlə yad edərək onun xatirəsinin xalqın qəlbində yaşadığını qeyd edib.

Türkiyə sabah 5G texnologiyasına keçid prosesinə start verəcək. Onun sözlərinə görə, “Türkiyə Yüzyılı” çərçivəsində kommunikasiya sahəsində güclü, təhlükəsiz və müstəqil sistemin qurulması prioritet hesab olunur. Bu istiqamətdə 5G texnologiyası məlumatın sürətli, təhlükəsiz və fasiləsiz ötürülməsini təmin edən əsas infrastruktur kimi önə çıxır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Denis Beçiroviç ilə görüş keçirib. Görüş zamanı Türkiyə ilə Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə artan gərginlik fonunda İsrailin fəaliyyətlərini sərt tənqid edərək bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu tərəfindən yürüdülən siyasət qlobal sülh üçün təhlükə yaratmaqda davam edir. O, qeyd edib ki, regionda baş verən hadisələr ümumi təhlükəsizlik mühitini daha da gərginləşdirir. Onun sözlərinə görə, Rusiya-Ukraniya müharibəsi artıq beşinci ilinə daxil olub, Yaxın Şərqdə isə münaqişələr dərinləşməkdə davam edir.