#İsrail

BMT-nin fələstinli qaçqınlar üzrə agentliyi bazar günü bildirib ki, Şərqi Qüdsdəki qismən sökülmüş qərargahı yandırılıb. UNRWA agentliyi ərazidə baş verən hadisənin səbəbi barədə təfərrüat verməyib. Qeyd edək ki, İsrail hakimiyyəti təşkilatın 2025-ci ildə ölkədəki fəaliyyətini qadağan etdikdən sonra, keçən həftə bu ərazini müsadirə edərək söküntü işlərinə başlamışdı.

İsrail ordusu ABŞ-nin İrana mümkün hərbi zərbəsi ehtimalı fonunda regionda yarana biləcək risklərə qarşı bütün istiqamətlər üzrə hazırlıq tədbirlərini gücləndirib. Milo qeyd edib ki, vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir, bu səbəbdən İsrail ordusu həm müdafiə, həm də hücum imkanlarını yüksək səviyyədə hazır saxlayır. O, Hizbullahın daha geniş miqyaslı qarşıdurmaya qoşulub-qoşulmayacağının da yaxından izlənildiyini vurğulayıb.

Qəzza zolağında həyata keçirilən hücumlarla bağlı sərt tənqidlər fonunda İsrailin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan da daxil olmaqla 29 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etməyə hazırlaşdığı iddia edilir. Israel Hayom qəzetinin məlumatına görə, İsrailin Diaspora Nazirliyi aralarında siyasətçilər, jurnalistlər, akademiklər və ictimai xadimlərin olduğu 29 Türkiyə vətəndaşının İsrailə girişinin əngəllənməsi ilə bağlı tövsiyə xarakterli qərar qəbul edib.

İsrailin müdafiə naziri İsrail Katz Afinada yunan həmkarı Nikos Dendias ilə bir araya gələrək iki ölkə arasında 3,5 milyard avroluq yeni silah sazişini müzakirə edib. Yunanıstan Müdafiə Nazirliyində baş tutan görüşdə tərəflər hərbi əməkdaşlığın strateji səviyyəyə qaldırılması barədə razılığa gəliblər. Müzakirələrin əsas mövzusu Yunanıstanın Türkiyə ilə quru sərhədində (Meriç), həmçinin Ege və Şərqi Aralıq dənizində "Aşil qalxanı" adı altında 5 fərqli növ silah sisteminin yerləşdirilməsi layihəsi olub. Bu çərçivədə İsrail istehsalı olan "Barak MX", "Davudun sapandçı" və "Spyder" tipli raket sistemlərinin, eləcə də müasir radar avadanlıqlarının alınması prosesinin sürətləndirilməsi qərara alınıb.

İsrail hərbi qüvvələri cümə günü Cənubi Livanın bir neçə bölgəsinə hava hücumları həyata keçirib. Hərbi mənbələr, Sidon bölgəsinə də hava zərbəsi endirdiklərini bildirərək, burada da Hizbullah döyüşçüsünün hədəfləndiyini açıqlayıblar. Hazırda Hizbullah tərəfdən hər hansı açıqlama verilməyib.

İsrail Baş Naziri Benyamin Netanyahu, ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan Sülh Şurasına qoşulmağa razılıq verib. Əvvəlcə Netanyahu ofisi bildirib ki, icra komitəsi, daxilində Türkiyə kimi regional rəqiblərin də olduğu struktur, İsrail hökuməti ilə koordinasiya olunmayıb və "siyasətimizə ziddir". İsrailin sağçı maliyyə naziri Bezalel Smotrich isə şurayı tənqid edərək, Qəzzanın gələcəyi üçün İsrailin təkbaşına məsuliyyət götürməsini tələb edib.

İsrail və ABŞ arasında “Pax Silica” təşəbbüsü çərçivəsində süni intellekt və kritik texnologiyalar sahəsində strateji əməkdaşlıq başlanıb. İsrail Baş nazirlik ofisinin açıqlamasına görə, əməkdaşlıq süni intellekt, yüksək informasiya infrastruktur, enerji texnologiyaları, kosmik texnologiyalar, yarımkeçirici materiallar və yeni nəsil istehsal texnologiyaları kimi sahələrdə birgə tədqiqat, investisiya və ticariləşdirmə fəaliyyətlərini əhatə edəcək.

İran və İsrail Rusiyanın vasitəçiliyi ilə gizli kanallar vasitəsilə bir-birinə qarşı hücum etməmək barədə razılaşma əldə ediblər. Məlumata görə, İranda dekabrın sonlarında başlayan etirazlardan bir neçə gün əvvəl İsrail rəsmiləri Rusiya kanalı vasitəsilə Tehrana mesaj göndərərək bildiriblər ki, İsrail ilk hücuma məruz qalmadığı halda İrana zərbə endirməyəcək. İran tərəfi də eyni kanalla cavab verərək, hücumdan çəkinəcəyini bildirib.

Qəzza sektorunu idarə edəcək müvəqqəti komitənin tərkibi ilə bağlı bütün tərəflər arasında razılıq əldə olunub. Bunu Misirin xarici işlər naziri Abdel Ati açıqlayıb. Nazirin sözlərinə görə, komitə bütün fələstinli fraksiyalar tərəfindən dəstəklənən 15 nəfərdən ibarət olacaq. Yaxın vaxtlarda strukturun rəsmi şəkildə elan ediləcəyi və Qəzzada gündəlik həyatın təşkili, eləcə də əsas xidmətlərin təmin olunması istiqamətində fəaliyyətə başlayacağı gözlənilir.