#İsrail

İsrailin baş naziri Benyamin Netanyahu bu həftə Vaşinqtona səfər edərək ABŞ prezidenti ilə İranla aparılan nüvə danışıqlarının daha geniş çərçivəyə salınmasını müzakirə etməyi planlaşdırır. Məlumata görə, İsrail tərəfi uzun müddətdir ki, İranın uranın zənginləşdirilməsini tam dayandırmasını, ballistik raket imkanlarını məhdudlaşdırmasını və regiondakı silahlı qruplarla əlaqələrini kəsməsini tələb edir. İran isə bu tələbləri rədd edərək yalnız sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramı üzrə məhdudiyyətləri müzakirə edə biləcəyini bildirib.

Azərbaycan və İsrail arasında elmi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu ali təhsil müəssisələri və elmi müəssisələr arasında birgə elmi-tədqiqat yönümlü layihələrin icrası, elmi-tədqiqat layihələrinin birgə maliyyələşdirilməsi, doktorantların, alimlərin və müəllim heyətinin mübadiləsi, birgə tədbirlərin təşkili və digər sahələrdə İsrail Dövləti ilə əməkdaşlığın təşkilini nəzərdə tutur.

Rəfah Sərhəd Keçid Məntəqəsi atəşkəs razılaşması çərçivəsində iki istiqamətli fəaliyyətə başlayıb. Razılaşmaya əsasən, ilkin mərhələdə 150 fələstinlinin Qəzza zolağından çıxışına icazə verilib. Onun sözlərinə görə, atəşkəs razılaşmasının birinci mərhələsində keçid məntəqəsinin açılması nəzərdə tutulsa da, İsrail bu prosesi uzun müddət əsassız şəkildə gecikdirib.

İsrail və ABŞ mediası İrana qarşı mümkün hərbi müdaxilənin Türkiyənin fəal diplomatik vasitəçilik təşəbbüsləri nəticəsində təxirə salındığını yazır. Məlumata görə, Türkiyə ABŞ-ın İrana qarşı mümkün hücumlarının qarşısını almaq üçün diplomatik kanalları aktivləşdirib. Rəcəb Tayyib Ərdoğan əvvəlcə ABŞ Prezidenti Donald Tramp, daha sonra isə İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Bu intensiv təmaslardan sonra Türkiyənin də daxil olduğu üçtərəfli sammit ideyası gündəmə gəlib.

İran Prezidenti Məsud Pezeşkian, ölkədə baş verən etirazların şiddət hadisələrinə çevrilməsi ilə bağlı ciddi açıqlama verdi. Pezeşkian iddia edib ki, ABŞ Prezidenti Donald Tramp, İsrail Baş Naziri Benyamin Netanyahu və bəzi Avropa ölkələri etirazlar zamanı müəyyən şəxsləri silahlandıraraq şiddət hadisələrinə səbəb olublar.

Qəzza xəstəxanalarının məlumatına görə, şənbə günü İsrailin həyata keçirdiyi hava zərbələri nəticəsində azı 12 fələstinli həlak olub. Zərbələr Qəzzanın həm şimalında, həm də cənubunda yerləşən əraziləri hədəf alıb. Qəzza şəhərində bir yaşayış binası, Xan Yunisdə isə çadır düşərgəsi vurulub. Xəstəxana rəsmilərinin bildirdiyinə görə, ölənlər arasında iki qadın və iki fərqli ailədən altı uşaq da var.

ABŞ Dövlət Departamenti İsrailə ümumi dəyəri 6,5 milyard dolları aşan genişmiqyaslı silah satışına rəsmi icazə verib. Məlumata görə, ABŞ İsrailə 3,8 milyard dollar dəyərində 30 “Apache” helikopteri, eləcə də bu hava vasitələrində istifadə olunan müxtəlif ehtiyat hissələri və döyüş sursatlarının satışını təsdiqləyib.

İsrailin "Haaretz" qəzetinin yaydığı təcili məlumata görə, İsrail ordusu müharibə zamanı təxminən 70 min fələstinlinin həlak olduğunu bildirən Qəzza Səhiyyə Nazirliyinin statistikasını ilk dəfə rəsmən qəbul edib. "Haaretz"in təhlükəsizlik mənbələrinə istinadən verdiyi digər təcili xəbərdə deyilir ki, əldə olunmuş Qəzza sazişi ordu rəhbərliyi üçün "qarışıq və çaşdırıcıdır". Mənbələr bildirir ki, sənəddə bir sıra fundamental məsələlər, o cümlədən HƏMAS-ın tərksilah edilməsi və İsrail qoşunlarının sektordan çıxarılma dərəcəsi qeyri-müəyyən qalıb.

İsrail ordusu Qəzza zolağında saxlanılan son israilli əsirin cəsədinin aşkar edildiyini açıqlayıb. İsrail Müdafiə Qüvvələrinin sözçüsü Aviçay Adraei Milli Məhkəmə-Tibbi Ekspertiza Mərkəzi, İsrail Polisi və Hərbi Ravvinatın birgə apardığı identifikasiya prosesindən sonra Ran Qvilinin cəsədinin ailəsinə təhvil verildiyini bildirib. Onun sözlərinə görə, bununla da Qəzza zolağında saxlanılan bütün israilli girovlar İsrail tərəfinə qaytarılıb.

Suriya hakimiyyəti ölkənin cənubunda druzların sıx yaşadığı Cəbəl əl-Ərəb (Süveyda) bölgəsinə nəzarəti bərpa etmək üçün ABŞ-la koordinasiyalı şəkildə hərəkət edir. Məlumata əsasən, hərbi məsələlərlə maraqlanan suriyalı rəsmi bildirib ki, Suriya hökuməti Prezident Əhməd əş-Şəraanın Süveyda vilayətinə nəzarəti bərpa etməsi istiqamətində atdığı addımların ABŞ tərəfindən koordinasiya edildiyi və dəstəkləndiyi qənaətindədir. Onun sözlərinə görə, Dəməşq hələlik Süveydaya yenidən daxil olmaqla bağlı yekun qərar verməyib və bu prosesin “tez ya gec, mümkün qədər dialoq və qarşılıqlı anlaşma yolu ilə” baş verəcəyi gözlənilir.