Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək Nazirlər Kabineti iclasında İsrailin Qəzzanı işğal planına qarşı Türkiyənin atacağı addımlar və “Terrorsuz Türkiyə” prosesi çərçivəsində son inkişaflar müzakirə olunacaq. İclasın gündəliyində həmçinin daxili və xarici siyasətdəki digər mühüm məsələlər də yer alacaq.
#İsrail
İsrailin hərbi planları Qəzza zolağını Vyetnama çevirə bilər. Bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani deyib.
Qətər və Misir Qəzza zolağındakı münaqişənin həlli üçün vasitəçilik səylərini davam etdirir, lakin HƏMAS bu səylərin nəticələri barədə məlumat almayıb. Qətər və Misirdəki vasitəçilər səylərini dayandırmayıblar, amma indiyədək bu səylərin nəzərəçarpacaq nəticəsi olmayıb və HƏMAS rəsmi olaraq heç bir nəticə barədə məlumatlandırılmayıb.
Böyük Britaniya hakimiyyəti İsrailin Qəzza zolağını tamamilə işğal etməsi halında yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Bu barədə "The Sunday Times" qəzeti məlumat yayıb.
Qəzza zolağında son 24 saat ərzində ikisi uşaq olmaqla beş nəfər aclıq və qidalanma çatışmazlığı nəticəsində həyatını itirib. Beləliklə qidalanma çatışmazlığı səbəbindən ölənlərin ümumi sayı 100-ü uşaq olmaqla 217 nəfərə yüksəlib. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qəzza zolağında aclıq və qida çatışmazlığı nəticəsində ölənlərin sayı artmaqdadır. Son məlumatlara görə, daha 11 nəfərin aclıqdan həyatını itirməsi ilə ümumi ölüm sayı 98-i uşaq olmaqla 212-yə çatıb. Bu ağır humanitar vəziyyət fonunda ABŞ-ın dəstəyi ilə Misir və Qətərdəki vasitəçilər, son günlərdə yaranmış durğunluqdan sonra İsrail və HƏMAS-ı danışıqlar masasına qaytarmağa çalışırlar.
London polisi Böyük Britaniyada qadağan olunmuş təşkilatlar siyahısına salınan Fələstin tərəfdarı "Palestine Action" hərəkatına dəstək aksiyasında 365 nəfəri saxlayıb. London polisinin verdiyi açıqlamaya görə, digər hüquq pozuntularına görə daha yeddi nəfər həbs edilib, onlardan beşi polis əməkdaşına hücum etməkdə ittiham olunur. Məlumata görə, ciddi xəsarət alan olmayıb.
"Fələstinə Dəstək Platforması"na daxil olan vətəndaş cəmiyyəti təşkilatları, İsrailin Qəzza zolağında davam etdirdiyi hücumlara və blokadaya qarşı “Qəzzaya ümid ol” şüarı ilə İstanbulda yürüşə başlayıblar. İştirakçılar, əllərində fənərlər və məşəllərlə Ayasofya Məscidinə doğru irəliləyərkən, şəhərin müxtəlif yerlərindən gələn insanlar Qəzzaya dəstək şüarları səsləndiriblər. Yürüş boyu “Azad Fələstin” və “Qatil İsrail” şüarları eşidilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Dövlət Başçısı Mahmud Abbasla telefon danışığı aparıb. Söhbət zamanı İsrailin Qəzzaya qarşı hücumları və bölgədəki son vəziyyət müzakirə olunub.
Fransanın paytaxtı Parisdə Fələstinə dəstək və İsrail hökumətinin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmə planlarına etiraz məqsədilə aksiya keçirilib. Aksiyada yüzlərlə insan iştirak edib və tədbir insidentsiz başa çatıb.
İsrailin Qəzza zolağı ilə bağlı planları qınama ilə qarşılanır, onların həyata keçirilməsi bölgədəki vəziyyəti daha da gərginləşdirə bilər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
İran Livan hökumətinin “Hizbullah”ın tərksilah edilməsinə dair qərarına qarşıdır. Bu haqda İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti bildirib. Onun sözlərinə görə, “Livanı qoruyan Hizbullah, bu amerikalı planlara qarşı özünü də qoruyacaq.”