Bakı, AzerVoice
İsrail ordusu Suriyanın hərbi mövqelərinə hava hücumu edib.
AzerVoice-un məlumatına görə, İsrail qırıcı təyyarələri Suriyaın Lazkiyə şəhərində yerləşən hərbi bazanı hədəf alıb.
İsrail ordusunun verdiyi açıqlamaya görə, ordu Lazkiyə şəhərində yerləşən Suriya ordusuna məxsus hərbi obyektdəki silah anbarını hədəf alıb.
Digər tərəfdən, Suriya mətbuatında yayımlanan məlumatlara görə, İsrail qırıcıları yerli saatla 20:35 radələrində Tartusdakı müdafiə alayına da hava hücumu təşkil edib.
Hücum zamanı hərbi bazanın radar sistemlərinin əsas hədəf olduğu bildirilib.