Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və həyat: Şəriət, tarix, əxlaq / İslam və həyat: Şəriət sualları
    İslam və həyat: Şəriət sualları

    İnsan cinləri necə özünə tabe edir? - Sehrin qaranlıq dünyası və dəhşətli etiraflar

    12 Aprel 2026 20:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İnsan cinləri necə özünə tabe edir? - Sehrin qaranlıq dünyası və dəhşətli etiraflar
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Bəzi insanların cinlərlə görüşməsi və onlardan yardım alması İslam alimləri tərəfindən məlum olan bir həqiqətdir. Lakin bu münasibət nəfsin saflaşması ilə deyil, əksinə, insanın daxili aləminin korlanması, təbiətinin pozulması və bir növ şeytanlaşması nəticəsində baş verir. İnsan günah işləməyə meyil salıb ondan ləzzət almağa başladıqda, şeytanın yaxın dostuna çevrilir və şər işlərin aşiqi olur. Məşhur mütəfəkkir İbn Xaldun özünün "Müqəddimə" əsərində qeyd edir ki, sahirin (sehrbazın) cinlərlə ünsiyyəti ulduzlara və şeytana təvəccüh (yönəlmə) yolu ilə baş tutur. Bu yönəlmə ulduzlara və şeytana ibadət etmək, onlara təzim göstərmək və qarşılarında səcdə etmək kimi küfr əməlləri ilə özünü göstərir.

    Şirk və şeytanla dostluq

    İnsan şirk və küfr səbəbilə şeytanla dost olduqda, şeytan onu sevir və bu xidmətinə görə onu "mükafatlandırır". Bu proses çox vaxt bir aldatma zənciri üzərində qurulur: şeytanın nökərlərindən biri hər hansı bir insana zərər vurur, həmin şəxsi isə müalicə üçün sahirin yanına gətirirlər. Sahirə müraciət edildiyi üçün şeytan həmin insandan əlini çəkir, xəstə isə "sağaldım" deyərək sahirə pul verir. Beləliklə, şeytan öz adamına maddi və mənəvi yardım etmiş olur.

    Sahirlərin dəhşətli etirafları

    Sehrin təsirli olması üçün sahir mütləq şəkildə müqəddəs dəyərləri təhqir etməli və pis işlərlə məşğul olmalıdır. Müxtəlif dövrlərdə sahirliyini etiraf edənlərin sözləri bu qaranlıq dünyanın iyrənc tərəflərini ortaya qoyur:

    Birinci etiraf: "Mən sehri etməzdən əvvəl Quran-ı Kərimdən bir surəni tabağa yazır, sonra yazının üstünə bevl edərək (sidiklə) yazını pozurdum. Yalnız bundan sonra etdiyim işdə uğur qazanırdım."

    İkinci etiraf: "Mən sehr etməzdən əvvəl sidiklə dəstəmaz alır, iki rükət namaz qılır və beləliklə sehrimdə müvəffəqiyyət qazanırdım."

    İstanbuldan olan bir sahirin etirafı: "Mən Quranın üstündə oturur və yalnız bundan sonra cinlər məhz o zaman mənə yardım edirlər."

    Bu etiraflar göstərir ki, cinlərin və şeytanların insana kömək etməsinin tək şərti insanın öz dinindən çıxması, müqəddəs kitabı təhqir etməsi və insanlıqdan uzaqlaşmasıdır. Sehr və sahirliyin İslam hüququndakı yeri və digər təfərrüatlı izahatlar mövzunun davamında təqdim olunacaq.

    #cinlər #İblis və cinlər #Cinlərin cinsiyyəti #İslamda cinlər #Cinlər haqqında məlumat #Cinlər və şeytanlar #Cinlər haqqında inanclar #Qədim mifologiyada cinlər #Cinlər və örtülülük #Cinlərlə dostluq mümkündürmü #Cinlər insanlardan üstünmü #Cinlər insana necə təsir edə bilər? #Cinlərin aləmi və sərhədləri #Cinlərin insan və heyvan surətində görünməsi barədə hədislər #Cinlərin varlığı #Quranda cinlər #Cinlərin surət dəyişməsi #Hz. Osman dövründə Çinlə ilk rəsmi təmaslar: mənbələr və sənədlər #İslam mənbələrində cinlərin məskənləri haralar sayılır? #İbn Xaldun
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Quranda sehr anlayışı-Tarixin ən qədim gizli elmləri:Babil və Misir cadugərliyi

    24 May 2026 09:00

    İslam mənbələrində cinlərin məskənləri haralar sayılır?

    1 Fevral 2026 20:48

    Qədim Misir incəsənəti - tanrılar, ruhlar və daş üzərində həyat

    25 Yanvar 2026 19:53

    Peyğəmbərimiz Çin hökmdarına elçi göndəribmi? Tarixi mənbələr nə deyir

    11 Yanvar 2026 14:00

    İblisin cinsiyyəti barədə iddialar - fakta əsaslanan cavab

    29 Noyabr 2025 15:36

    Cinlərin insan və heyvan surətində görünməsi barədə hədislər

    16 Noyabr 2025 18:50

    Cinlərlə dostluq mümkündürmü?

    11 Oktyabr 2025 13:59

    Cinlər insanlardan üstünmü, onlardan necə qorunmalı?

    9 Oktyabr 2025 14:18

    Adəmoğulları arasında bütpərəstlik nə vaxt və necə başladı?

    5 Oktyabr 2025 20:20

    Peyğəmbərin sünnəsində cinlərin və şeytanın varlığınına dair dəlillər

    24 Sentyabr 2025 10:16

    Qurani-Kərim cinlərin və şeytanın varlığınına dair dəlillər

    3 Sentyabr 2025 10:36

    Azazel Nədir?

    30 Avqust 2025 14:28
    XƏBƏR LENTİ

    Tramp: Netanyahu və Hizbullahla Livanda atəşkəs barədə danışmışam

    Ali rəhbərin müşaviri: İran dəniz blokadasına və Livandakı gərginliyə dözməyəcək

    Netanyahu və Tramp arasında gərginlik fonunda mühüm telefon danışığı baş tutdu

    Tramp: İranla danışıqların bitməsi məni narahat etmir

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

    Avropa İttifaqı rəsmisi: Pakistan “böyük miqyaslı müharibənin” qarşısını alıb

    Tramp: İranla “razılaşma” yaxın zamanda mümkün ola bilər

    Pakistan Xarici İşlər Nazirliyi: İran gərginliyin azaldılmasına yardım istəyib

    İsrail zərbəsi xəstəxana yaxınlığında dağıntılar yaradıb, 2 nəfər öldü, 23 nəfər yaralandı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.