Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçular arasında seleksiya prosesini davam etdirir. "Seçim günü" çərçivəsində növbəti seçimlər Sumqayıt şəhərində həyata keçirilib.
İdman
Yanvarın 18-də futbol üzrə Afrika Millətlər Kubokunun final oyunu keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək həlledici görüşdə meydan sahibi Mərakeşlə Seneqal yığmaları üz-üzə gələcək.
Almaniyanın paytaxtı Berlinin Olimpiya Stadionunda “Herta Berlin” və “Schalke 04” komandaları arasında keçiriləcək ikinci Bundesliqa matçından əvvəl iğtişaşlar baş verib. Hadisə nəticəsində ən azı 31 azarkeş və 21 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
Almaniya Bundesliqasının 18-ci turu çərçivəsində “RB Leypsiq” doğma meydanda “Bavariya”nı qəbul edib. Qarşılaşma Münhen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
"Real" qapıçı Andrey Luninlə yollarını ayırmağı planlaşdırır. Bu barədə xarici KİV-lər məlumat yayıb.
“Kristal Palas”ın mərkəz müdafiəçisi Mark Qehinin transferinin başa çatmasından sonra “Mançester Siti” “Nottinqem Forest”in yarımmüdafiəçisi Elliot Andersonu növbəti əsas transfer hədəfi kimi müəyyən edib. Mənbəyə görə, “Siti” klubunun 23 yaşlı futbolçunu aktiv şəkildə transfer etməsi gözlənilir, lakin bu proses yaya qədər təxirə salına bilər. “Mançester Yunayted” “Mançester Siti”nin Anderson məsələsində rəqibi ola bilər.
“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2025-ci ildə idmançılar arasında ən çox qazanan olub. "Sportico" nəşri 8 idman növü və 28 ölkəni təmsil edən idmançıların yer aldığı 100 ən yüksək gəlirli idmançı siyahısını təqdim edib.
“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik komandanın mövsümün qalan hissəsi üçün hədəflərindən danışıb.
Yarımmüdafiəçi Dro Fernandes qışda “Barselona”nı tərk edəcək. Cümə günü səhər saatlarında 18 yaşlı futbolçu komandanın baş məşqçisi Hansi Flikə ayrılmaq qərarı barədə məlumat verib. Klub 6 milyon avro alacaq.
Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Kurulu (PFDK) "Turkcell Süper Kupa" oyununda baş verən hadisələrlə bağlı qərarlarını açıqlayıb. TFF-nin rəsmi saytında yer alan məlumata görə, "Qalatasaray" klubu ümumilikdə 1 milyon 320 min lirə cərimə olunub. Bu məbləğin 220 min lirəsi azarkeşlərin törətdiyi meydan hadisələrinə, 1 milyon 100 min lirəsi isə komandanın kupa mükafatlandırma mərasiminə (seremoniyasına) qatılmamasına görə kəsilib. Eyni qarşılaşmada "Fənərbaxça" klubu da azarkeşlərinin səbəb olduğu hadisələrə görə 330 min lirə cərimə edilib.
Mançester Yunayteddə Ruben Amorimin istefasından sonra yeni baş məşqçi axtarışları davam edərkən, klubun sabiq məşqçi heyətinin üzvü Rene Meulenstin rəhbərliyə Karlo Ançelottinin namizədliyini ciddi şəkildə nəzərdən keçirməyi tövsiyə edib.
Mançester Yunatedinin müdafiəçisi Lisandro Martinez ağır zədələr fonunda peşəkar futbol karyerasını vaxtından əvvəl başa vurmağı ciddi şəkildə düşündüyünü açıqlayıb. 27 yaşlı müdafiəçi ötən ilin fevralında Kristal Pelasa qarşı matçda dizinin ön çarpaz bağlarını (ACL) zədələyib və doqquz ay yaşıl meydanlardan kənarda qalıb. Martinez etiraf edib ki, bərpanın ilk həftələrində futboldan tamamilə uzaqlaşmaq fikri onun üçün real seçimə çevrilib.