İdman

Beşiktaş Futbol Klubunun portuqaliyalı ulduz futbolçusu Rafa Silva, bu səhər İstanbuldan ayrılaraq vətəni Portuqaliyaya, Lizbona uçub. Beşiktaş rəhbərliyi və məşqçi heyəti ilə son görüşlərdən sonra Silvanın transfer qərarı rəsmi olaraq təsdiqlənib. Klubun fanatları sosial mediada ulduz futbolçunun verdiyi töhfələr üçün təşəkkür mesajları paylaşıblar.

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yeddinci turu çərçivəsində Azərbaycanın futbol üzrə çempionu Qarabağ növbəti oyununa çıxacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Fənərbaxça İdman Klubu Bankalar Birliyi ilə bağlanmış maliyyə restrukturizasiya razılaşmasından rəsmi olaraq çıxdığını açıqlayıb. Açıqlamada qeyd olunub ki, bu addım klubun maliyyə müstəqilliyinin təmin edilməsi və uzunmüddətli, dayanıqlı gələcək strategiyasının formalaşdırılması baxımından mühüm mərhələ hesab olunur.