BAKI,VOA, Fərid Mikayılov
"Liverpul" klubu Niderland millisinin hücumçusu Kodi Qakponun yay transfer pəncərəsində satılmayacağını açıqlayıb.
VOA xəbər verir ki, "Tottenhem" futbolçunu transfer etmək üçün böyük məbləğ ödəməyə hazır olsa da, mersisaydlılar 27 yaşlı hücumçunu komandada saxlamaq niyyətindədir.
Bildirilir ki, "Liverpul"un yeni baş məşqçisi Andoni İraola komandadakı hücum xəttində yaranan zədə problemləri səbəbindən Qakponu əsas heyətin vacib üzvlərindən biri hesab edir.
2030-cu ilə qədər müqaviləsi olan niderlandlı futbolçunun satışı klubun planlarına daxil deyil.
Məlumata görə, "Tottenhem" transfer üçün təxminən 70 milyon funt sterlinq ödəməyə hazır idi. Lakin "Liverpul" rəhbərliyi maliyyə qazancından daha çox komandanın idman məqsədlərinə üstünlük verir.
Hücumçu Uqo Ekitikenin uzunmüddətli zədəsi səbəbindən Qakponun həm mərkəz hücumçusu, həm də cinah oyunçusu kimi çıxış edə bilməsi məşqçilər korpusu üçün xüsusi əhəmiyyət daşıyır.
Ötən mövsüm Qakpo bütün turnirlərdə 52 oyunda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.