Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    ABŞ İsrailin iranlı nümayəndələri hədəfə ala biləcəyi barədə Tehrana xəbərdarlıq edib

    3 İyul 2026 12:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ İsrailin iranlı nümayəndələri hədəfə ala biləcəyi barədə Tehrana xəbərdarlıq edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    ABŞ administrasiyası bu ilin əvvəlində Yaxın Şərq ölkələrindən İsrailin İranın iki yüksək səviyyəli nümayəndəsini hədəfə ala biləcəyi barədə Tehrana gizli xəbərdarlıq etmələrini istəyib.

    Məlumata görə, Vaşinqton İsrailin İranın xarici işlər naziri Abbas Əraqçi və parlamentin sədri Məhəmməd Baqir Qalibafı atəşkəs danışıqları zamanı öldürməyə cəhd göstərə biləcəyindən narahat olub. ABŞ hesab edib ki, belə bir addım apreldə başlayan müvəqqəti sülh danışıqlarını pozaraq münaqişənin yenidən alovlanmasına səbəb ola bilər.

    Bildirilir ki, vəziyyətin ciddiliyi nəzərə alınaraq ABŞ regiondakı vasitəçi ölkələrdən İran rəhbərliyinə mümkün təhlükə barədə məxfi kanallar vasitəsilə məlumat çatdırmağı xahiş edib.

    Məlumatda qeyd olunur ki, bu hadisə Vaşinqton və Təl-Əviv arasında İran məsələsində yanaşma fərqlərinin dərinləşdiyini göstərib. ABŞ münaqişənin diplomatik yolla həllinə üstünlük verdiyi halda, İsrailin əsas məqsədinin İran rəhbərliyini zəiflətmək, hakimiyyət dəyişikliyinə nail olmaq və Tehranın regional təsir imkanlarını məhdudlaşdırmaq olduğu bildirilir.

    Qeyd olunur ki, münaqişənin ilk mərhələsində İsrail İranın ABŞ ilə təmaslarda iştirak etmiş yüksək vəzifəli şəxsləri, o cümlədən Ali Milli Təhlükəsizlik Şurasının üzvü Əli Laricani və keçmiş xarici işlər naziri Kamal Xərazini də hədəfə alıb.

    ABŞ rəsmilərinin bildirdiyinə görə, danışıqlar intensiv mərhələyə keçdikdən sonra Abbas Əraqçi və Məhəmməd Baqir Qalibafın hədəfə alınması diplomatik prosesi ciddi təhlükə altına sala bilərdi.

    Bunun ardından İran nümayəndə heyətinin təhlükəsizlik tədbirləri gücləndirilib. Məlumata əsasən, ABŞ-nin vitse-prezidenti Cey Di Venslə İslamabadda keçirilməsi planlaşdırılan görüşdən əvvəl İran Pakistan və Qətərin vasitəçiliyi ilə İsrailin nümayəndə heyətinə hücum etməyəcəyinə dair təminat almağa çalışıb.

    İran rəsmilərinin iddiasına görə, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar İran nümayəndə heyətinin təyyarəsini Pakistan hava məkanında müşayiət edib. Geri dönüş zamanı isə İran xüsusi xidmət orqanlarının İsrail qırıcılarının İran hava məkanına daxil olması barədə kəşfiyyat məlumatı əldə etməsindən sonra Məhəmməd Baqir Qalibafın olduğu təyyarənin marşrutu dəyişdirilib.

    Bütün təhlükəsizlik narahatlıqlarına baxmayaraq, Abbas Əraqçi və Məhəmməd Baqir Qalibaf danışıqları davam etdirərək sonrakı mərhələlərdə Qətər və İsveçrədə ABŞ nümayəndələri ilə keçirilən görüşlərdə iştirak ediblər.

    Məlumata görə, ABŞ və İran iyun ayında çərçivə sazişi imzalayaraq Tehranın nüvə proqramı və Hörmüz boğazının yenidən açılması ilə bağlı 60 günlük yeni danışıqlar mərhələsinə start veriblər.

    Bildirilib ki, sözügedən razılaşma İsrail rəsmilərinin etirazına səbəb olub. Onlar sənədin İran hakimiyyətində siyasi dəyişiklik yaratmaması və ölkənin hərbi imkanlarını zəiflətməməsi səbəbindən İsrailin müharibə dövründə qarşıya qoyduğu məqsədlərə cavab vermədiyini bildiriblər.

    #Yaxın Şərq #ABŞ administrasiyası #İsrailin İranın iki yüksək səviyyəli nümayəndəsini hədəfə ala biləcəyi barədə iddia #İranın xarici işlər naziri Abbas Əraqçi #İran parlamentin sədri Məhəmməd Baqir Qalibaf
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran rəsmisi Vaşinqtonla mümkün danışıqlara ehtiyatla yanaşmağa çağırıb

    22 Avqust 2026 18:33

    ABŞ-nin iqtisadi təzyiqi Yaxın Şərqdəki münaqişəni həll etməyəcək - Çin

    21 Avqust 2026 18:43

    Bağdadda gərgin danışıqlar - Qalibaf İraq Baş nazirini niyə yola gətirə bilmədi?

    20 Avqust 2026 19:32

    ABŞ “Corc Vaşinqton” təyyarədaşıyan gəmisini Yaxın Şərqə yerləşdirib

    20 Avqust 2026 18:29

    ABŞ bölgədən “şərəfli çıxış” yolu axtarır - Qalibaf

    19 Avqust 2026 18:26

    Qəzza şəhərinə hücumda ölənlərin sayı 9-a çatıb

    19 Avqust 2026 17:23

    “Abraham Linkoln” 54-cü dəniz təchizatı əməliyyatını tamamlayıb

    18 Avqust 2026 22:15

    BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket təhlükəsi aşkarlayıb

    18 Avqust 2026 20:23

    BƏƏ və ABŞ prezidentləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

    18 Avqust 2026 19:35

    Hörmüz boğazı İran qüvvələrinin nəzarətindədir - SEPAH

    18 Avqust 2026 18:46

    Dəməşq İsrailin hücumlarına necə cavab verəcək?

    18 Avqust 2026 18:42

    Çinin dövlət gəmiçilik şirkətləri neft tankerlərini Körfəzdən kənara yönəldib

    18 Avqust 2026 18:23
    XƏBƏR LENTİ

    Suriyadakı hava bazasını Türkiyənin planlarına görə vurduq - İsrail

    İsrail ordusu Suriyanın cənubunda hücum həyata keçirdiyini təsdiqləyib

    Azərbaycan və Özbəkistan arasında yeni əməkdaşlıq sənədləri imzalanıb

    İran rəsmisi Vaşinqtonla mümkün danışıqlara ehtiyatla yanaşmağa çağırıb

    İran “Cənubi Pars”da müharibədə zədələnmiş zavodun 70 faizini bərpa edib

    Əl-Budeyvi beynəlxalq ictimaiyyəti İsrailin məskunlaşma siyasətini dayandırmağa çağırıb

    ABŞ İsrail naminə bölgədəki müttəfiqlərinin təhlükəsizliyini riskə atıb - Qalibaf

    Qəzzada İsrail hücumları nəticəsində 48 saatda iki fələstinli ölüb

    İran eyni vaxtda iqtisadi təzyiq və diplomatik dalanla üzləşib

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.