Bildirilir ki, klub rəhbərliyi Zidanı Xabi Alonso əvəz etmək üçün əsas namizəd kimi görüb. Lakin fransalı məşqçi artıq Didye Deşam sonrası Fransa millisinin baş məşqçisi olmaq planını seçdiyi üçün bu təklifi rədd edib. Hazırda komandaya rəhbərlik edən Alvaro Arbeloa dövründə nəticələr gözləntiləri doğrultmayıb. La Liqa çempionatında Real Madrid lider Barselona klubundan 12 xal geri qalır və titul uğrunda mübarizəni itirmək təhlükəsi ilə üz-üzədir.