"Real Madrid"in və Türkiyə millisinin futbolçusu Arda Gülər UEFA Çempionlar Liqasında 2025/26 mövsümünün ən yaxşı çıxış edən oyunçusu seçilib. Bildirilib ki, Arda Gülər xüsusilə liqa mərhələsində "Yuventus"a qarşı keçirilən oyunda komandasının qələbəsində əsas rol oynayıb. Onun yarımüdafiədə nümayiş etdirdiyi yaradıcılıq və oyuna nəzarət bacarığı həmin görüşdə "Matçın oyunçusu" mükafatını qazanmasına səbəb olub.
#Arda Gülər
Real Madrid klubu milli futbolçu Arda Gülərin zədələndiyini açıqlayıb. Bildirilib ki, Arda Gülər təxminən bir ay müddətində yaşıl meydanlardan uzaq qalacaq. Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlər üzrə 50 oyunda iştirak edib və 6 qol vurub.
Türkiyə A Milli Futbol Komandası, 2026 FIFA Dünya Kubokunun Avropa seçmə mərhələsi çərçivəsində ilk oyununda Gürcüstan millisi ilə qarşılaşacaq. Bu görüş, iki komanda arasında tarixdə 7-ci duel olacaq. Ay-ulduzlular indiyədək Gürcüstanla keçirilmiş 6 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib və 1 məğlubiyyətlə meydanı tərk edib. Bu oyunlarda Türkiyə rəqib qapısından 15 top keçirib, qapısında isə 6 qol görüb. İki komanda son dəfə 2024-cü ildə Almaniyada keçirilən Avropa Çempionatının qrup mərhələsində üz-üzə gəlib. Dortmund şəhərində oynanılan qarşılaşmada Türkiyə millisi Gürcüstan üzərində 3:1 hesablı qələbə qazanıb.
Komandada baş məşqçi vəzifəsinə Xabi Alonsonun gətirilməsindən sonra Sebalyosun mövqeyi zəifləyib. O, Jude Bellingham və Eduardo Kamavinga kimi zədəli oyunçulara baxmayaraq, yarımmüdafiədə seçim sırasının arxasında qalır.
İspaniyanın Real Madrid komandasında çıxış edən futbolçu Arda Gülər keçmiş komandası Fənərbaxçanı ziyarət edib.
İspaniyalı yarımüdafiəçi Rodri Qızıl top (Ballandor) mükafatını qazanaraq, ilin ən yaxşı futbolçusu seçilib. İspaniya millisi ilə EURO-2024-ü qazanan Rodri karyerasında ilk dəfə bu mükafata layiq görülüb.