Toni Kroosun öz podyastında səsləndirdiyi bu fikirlər, Real Madridin "Çempionlar Liqası DNT-si" olaraq adlandırılan o məşhur xarakterini bir daha gündəmə gətirib. Toni Kroos oyunun taleyini dəyişən epizod kimi Dayo Upamekanonun Vinisius Juniora qarşı etdiyi səhvi göstərib. Onun fikrincə, 0-2 geridə olan Real Madrid məhz bu andan sonra öz xarakterini ortaya qoyaraq 60-cı və 75-ci dəqiqələr arasında çoxsaylı təhlükəli vəziyyətlər yaradıb.