BAKI,VOA, Nailə Babazadə
Ziraat Türkiyə Kubokunun C qrupunun dördüncü turunda "Qaziantep FK" öz meydanında Fənərbaxçanı qəbul edəcək. Qaziantep stadionunda keçiriləcək qarşılaşma saat 21:30-da (Bakı vaxtı ilə) başlayacaq. Görüşün baş hakimi Adnan Dəniz Kayatepədir.
VOA xəbər verir ki, Super Liqada ard-arda iki oyunda xal itirən və Avropa kubokları ilə vidalaşan fənərlilər kubokda yoluna davam etmək üçün mütləq qalib gəlməlidir. Qrup mərhələsinə "Beşiktaş" məğlubiyyəti ilə başlayan İstanbul təmsilçisi, daha sonra "Bəyoğlu Yeni Çarşı" və "Ərzurumspor FK" üzərində qələbə qazanaraq vəziyyətini qismən düzəldib. Hazırda qrupda 3-cü sırada qərarlaşan Fənərbaxçanın birbaşa növbəti mərhələyə yüksəlməsi üçün bu qarşılaşmadan üç xalla ayrılması şərtdir.
Ev sahibi Qaziantep FK hazırda qrupda 6 xalla 2-ci yerdədir. Qaziantep təmsilçisi öz azarkeşləri önündə uğurlu nəticə qazanaraq qrupdakı mövqeyini möhkəmləndirməyə və turnirdəki iddiasını davam etdirməyə çalışacaq.