Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İdman
    İdman

    İbrahimoviçin oğlu Maksimilian Ayaksda çıxış edəcək

    14 Yanvar 2026 15:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İbrahimoviçin oğlu Maksimilian Ayaksda çıxış edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Niderlandın Ayaks klubu İtaliyanın Milan komandasında çıxış edən Maksimilian İbrahimoviçi icarə əsasında heyətinə qatıb. 19 yaşlı hücumçu 2025/2026 mövsümünün sonunadək Amsterdam təmsilçisində çıxış edəcək. Müqavilədə transferin mövsüm sonunda tam reallaşdırılması üçün satınalma opsiyası da nəzərdə tutulub.

    AzerVoice xəbər verir ki, dünya futbolunun əfsanəvi simalarından olan Zlatan Ibrahimoviçin oğlu Maksimilian yeni kluba keçidi ilə bağlı açıqlamasında atasının adının onun üçün təzyiq yaratmadığını vurğulayıb.

    “Mən öz yolumu getmək istəyirəm. İbrahimoviç sadəcə addır. Mən Maksimilianam və öz hekayəmi yazmaq niyyətindəyəm”, – deyə gənc futbolçu bildirib.

    Maksimilian İbrahimoviç Ayaksın hücumameyilli oyun fəlsəfəsinin onun üslubuna uyğun olduğunu qeyd edərək, sürət və driblinq keyfiyyətlərini daha da inkişaf etdirmək istədiyini söyləyib. O, Amsterdam klubunda daim qalibiyyət uğrunda mübarizə aparmaq və azarkeşlər üçün baxımlı futbol nümayiş etdirmək istədiyini də əlavə edib.

    Qeyd edək ki, Maksimilianın atası Ayaks forması ilə 2001–2004-cü illərdə çıxış edib, iki dəfə Niderland çempionu olub və klubun tarixində mühüm iz qoyub. Təxminən 25 il sonra İbrahimoviç soyadı yenidən Johan Kruyff Arenasında səslənəcək.

    #Maximilian Ibrahimovic transfer #Zlatan Ibrahimoviç #Ayaks yeni transfer #Milan akademiyası futbolçusu #Johan Kruyff Arenası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    2026 FIFA Dünya Çempionatı dünya iqtisadiyyatına nə qədər qazandıracaq?

    8 İyun 2026 15:23

    Dağıstan necə MMA fenomeninə çevrildi?

    7 İyun 2026 14:07

    La Liqada mövsümün ən yaxşısı kim oldu?

    6 İyun 2026 15:51

    Millimizin heyətindən iki oyunçu çıxarıldı

    6 İyun 2026 14:21

    Ukrayna FİFA və UEFA-ya niyə müraciət edib?

    3 İyun 2026 11:57

    Dünya Kubokuna hazırlaşan Türkiyə millisinin ən dəyərli futbolçuları açıqlanıb

    2 İyun 2026 19:00

    Qırğızıstan - Fələstin matçı: Gəlirin bir hissəsi Fələstin xalqına dəstək üçün istifadə olunacaq

    2 İyun 2026 16:21

    Ağ Evdə keçiriləcək UFC turnirində qadın döyüşçülər iştirak etməyəcək - Dana Uayt

    2 İyun 2026 14:55

    İniesta BƏƏ-də baş məşqçi oldu

    2 İyun 2026 13:39

    Dünya çempionatında çox sarı kart alan futbolçu – Maskerano

    1 İyun 2026 14:51

    Arda Gülər mövsümün ən yaxşı çıxış edən futbolçusu seçilib

    31 May 2026 22:39

    Dünyanın gözü Budapeştdə - Çempionlar Liqasının qalibi bu gün müəyyənləşir

    30 May 2026 09:46
    XƏBƏR LENTİ

    İran “nə müharibə, nə də tam sülh” mərhələsinə daxil olur

    İranın qərb hava məkanı müvəqqəti bağlanıb

    İsraildə məktəblər ikinci gün də bağlı qalacaq

    Vaşinqtonun əlində hansı real təsir vasitələri var?

    Oman sahillərində neft tankerində yanğın baş verib

    Trampın müraciətindən sonra yeni qərar verildiyi bildirilir

    Son hücumlar bölgədə yeni müharibənin başlanğıcı ola bilər?

    Kallas tərəfləri yenidən danışıqlar masasına qayıtmağa çağırıb

    Netanyahu və Tramp arasında telefon danışığı olub

    Məsud Pezeşkian: İran nə mübarizədən, nə də danışıqlardan geri çəkilir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.