Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İdman
    İdman

    Qalatasaray Konyaspor üzərində qələbə ilə seriyasını 6-ya çatdırdı

    22 Sentyabr 2025 23:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qalatasaray Konyaspor üzərində qələbə ilə seriyasını 6-ya çatdırdı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyə Super Liqasının 6-cı turunda Qalatasaray öz meydanında Konyasporu 3:1 hesabı ilə məğlub edərək liqada ardıcıl altıncı qələbəsini qazandı.

    AzerVoice xəbər verir ki, RAMS Park stadionunda keçirilən qarşılaşmada hesabı 23-cü dəqiqədə Yunus Akgün açdı. Bu, 25 yaşlı futbolçunun ardıcıl üçüncü rəsmi oyunda vurduğu qol oldu. O, daha əvvəl Eyüpspor (Super Liqa) və E. Frankfurt (Çempionlar Liqası) qarşısında da fərqlənmişdi.

    İlk hissənin əlavə olunmuş dəqiqələrində Yunus Akgünün ötürməsini dəqiq tamamlayan Mauro İkardi fərqi artırdı. Bu, argentinalı hücumçunun liqada ardıcıl üçüncü matçda qol vurması ilə yadda qaldı. Bununla da Qalatasaray liqada ardıcıl 14-cü qarşılaşmasında ən azı 2 qol vurma seriyasını davam etdirdi.

    Fasiləyə 2:0 hesabı ilə yollanan ev sahibləri ikinci hissəyə də sürətli başladı. 64-cü dəqiqədə Lukaş Torreyra komandasının üçüncü qoluna imza atdı və bu, onun mövsümdə ilk qolu oldu.

    Konyaspor isə 80-ci dəqiqədə Umut Nayirin qolu ilə hesab arasındakı fərqi azaltsa da, bu, oyunun nəticəsinə təsir etmədi.

    Qarşılaşma Qalatasarayın 3:1 hesablı qələbəsi ilə başa çatdı. Beləliklə, Okan Burukun rəhbərlik etdiyi komanda 18 xalla Super Liqada liderliyini davam etdirdi. Növbəti turda Qalatasaray səfərdə Alanyasporla qarşılaşacaq. 7 xalı olan Konyaspor isə Başakşəhiri qəbul edəcək.

    Rekord seriya davam edir

    Ötən mövsüm liqadakı son 8 oyununu qazanan Qalatasaray, bu mövsüm də 6-da 6 edərək ümumi qələbə seriyasını 14-ə çatdırdı. Bu nəticə ilə İstanbul təmsilçisi 2022-ci ilin oktyabrı ilə 2023-cü ilin mart ayları arasında əldə etdiyi Super Liqa tarixinin ikinci ən uzun qələbə seriyasını təkrarladı.

    Qalatasaray bu göstəricidə liqa rekorduna da sahibdir – 2024-cü ilin yanvar-may ayları arasında ardıcıl 17 qələbə ilə.

    #Qalatasaray #Trendyol Superliqası #Süper Liqa rekord qollar #Süper Liqa sürətli qollar #Süper Liqa erkən qollar #Konyaspor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sərgən Yalçın Beşiktaş ilə yollarını ayırdı

    18 May 2026 16:10

    Ərdoğan Qalatasaray komandasını qəbul edib

    18 May 2026 15:56

    Ərdoğan Qalatasaray klubunu təbrik etdi

    11 May 2026 12:00

    Corce Haci baş məşqçi təyin olundu

    21 Aprel 2026 12:02

    Fənərbağça–Beşiktaş derbilərində kart statistikası diqqət çəkir

    3 Aprel 2026 13:03

    Fənərbaxça Qaziantep FK ilə qarşılaşır - Türkiyə Kuboku

    4 Mart 2026 09:42

    Qalatasarayın Çempionlar Liqasındakı rəqibi Liverpul oldu

    27 Fevral 2026 15:34

    Osimhen Napolini tənqid etdi

    17 Fevral 2026 16:19

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    16 Fevral 2026 13:29

    Qalatasarayın əfsanə futbolçusu Candemir Berkman vəfat edib

    10 Fevral 2026 12:17

    Fənərbaxçanın borcu açıqlanıb

    31 Yanvar 2026 13:28

    "Qalatasaray" La Liqadan futbolçu transfer edir

    24 Yanvar 2026 12:15
    XƏBƏR LENTİ

    İraq baş naziri kürd bölgəsində neft şirkətlərinin fəaliyyətinin bərpasını əmr edib

    Azərbaycan repinin şeyxi - Xpertin yaradıcılıq yolu

    Tramp Netanyahuya Beyrut hədələrinə görə irad tutub

    Netanyahu İranın vəziyyətini necə təsvir edib?

    Rubio Livan-İsrail görüşünü sülh üçün əhəmiyyətli hesab edir

    Livanda martın 2-dən bəri ölənlərin sayı 3 500-i ötüb

    Türk dünyasında iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi mövzusu müzakirə olunub

    Hakan Fidan İndoneziya prezidenti ilə görüşüb

    Brent nefti bir barrel üçün 97,41 dollara çatdı

    Suverenliyin qorunması üçün hansı tədbirlər görülür?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.