Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İdman
    İdman

    "Fluminense" "Ulsan"ı 4:2 hesabı ilə məğlub edib - Klublararası Dünya Çempionatı

    22 İyun 2025 11:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    "Fluminense" "Ulsan"ı 4:2 hesabı ilə məğlub edib - Klublararası Dünya Çempionatı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ-da keçirilən Klublararası Dünya Çempionatında Braziliyanın "Fluminense" komandası Cənubi Koreyanın "Ulsan" klubu üzərində 4:2 hesablı qələbə qazanıb.

    AzerVoice xəbər verir ki, oyun İst-Ratford şəhərində baş tutub.

    Qarşılaşmada "Fluminense"in qollarını 27-ci dəqiqədə Con Arias, 66-cı dəqiqədə Nonato, 83-cü dəqiqədə Xuan Freites və 90+2-ci dəqiqədə Keno vurublar.

    "Ulsan"ın heyətində isə 37-ci dəqiqədə Li Cin Hyon və 45+3-cü dəqiqədə Om Von Son fərqlənib.

    F qrupunda "Fluminense" və Almaniyanın "Borussiya Dortmund" klubları hərəyə 4 xal toplayıblar. CAR-ın "Mamelodi Sandaunz" komandasının 3 xalı var, "Ulsan" isə xalsızdır.

    Qrup mərhələsinin son turunda "Ulsan" "Borussiya" ilə, "Fluminense" isə "Mamelodi Sandaunz" ilə qarşılaşacaq. Hər iki oyun iyunun 25-də keçiriləcək.

    Digər tərəfdən, E qrupunda Argentina təmsilçisi "River Pleyt" ilə Meksikanın "Monterrey" klubu arasında keçirilən oyun 0:0 hesabı ilə yekunlaşıb.

    Bu qrupda "River Peyt" və İtaliyanın "İnter" klubları 4, "Monterrey" isə 2 xal toplayıb. Yaponiyanın "Urava Red Daymonds" komandası isə hələ xal qazanmayıb.

    Üçüncü turda "River Pleyt" "İnter" ilə, "Monterrey" isə "Urava" ilə qarşılaşacaq. Bu oyunlar iyunun 26-da keçiriləcək.

    #FİFA Klublararası Dünya Çempionatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    FIFA yeni bilet sistemi ilə bağlı qərar qəbul etdi

    17 Dekabr 2025 10:27

    Türkiyə A Millisi Dünya Kuboku play-offunda Rumaniya ilə qarşılaşacaq

    20 Noyabr 2025 16:47

    Türkiyə millisi Dünya Kuboku seçmə oyunu üçün İspaniyaya yola düşür

    17 Noyabr 2025 12:57

    Türkiyənin milli futbol komandası Bursada Bolqarıstanla qarşılaşacaq

    15 Noyabr 2025 10:36

    Türkiyə və Gürcüstan Kocaelidə qarşılaşır

    13 Oktyabr 2025 11:02

    Türkiyə ilə Bolqarıstan 24-cü dəfə üz-üzə gəlir

    11 Oktyabr 2025 16:15

    FIFA 2034 Dünya Çempionatını 2035-ci ilin əvvəlinə keçirməyi planlaşdırır

    10 Oktyabr 2025 13:00

    Türkiyə və Gürcüstan milliləri 7-ci dəfə üz-üzə gəlir

    4 Sentyabr 2025 10:25

    FIFA Klublararası Dünya Çempionatının hər iki ildən bir keçirilməsi gündəmdədir

    18 Avqust 2025 18:21

    UEFA-nın İsrailə qarşı mövqeyi tənqid olunur

    15 Avqust 2025 16:21

    FIFA “Çelsi”ni birbaşa Klublararası Dünya Çempionatına göndərə bilər

    8 Avqust 2025 20:01

    Tomas Müller MLS-ə gedir

    23 İyul 2025 14:37
    XƏBƏR LENTİ

    Yaponiyada gizli sosial problem - Hikikomori fenomeni nədir?

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.