Bakı,AzerVoice
Braziliya millisinin müdafiəçisi Marselo 36 yaşında futbolu tərk etdiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, tarixin ən çox medal qazanan oyunçularından biri olan sol cinah müdafiəçisi Braziliya millisində 58 dəfə meydana çıxıb.
Braziliyanın Fluminense klubundakı çıxışdan sonra Marselo 2007-ci ildə 18 yaşında Real Madridə keçdi.
O, 15 il ərzində beş Çempionlar Liqası və altı La Liqa çempionluğu yaşadı.
"Bir oyunçu kimi səyahətim burada başa çatır, amma hələ də futbola verəcəyim çox şey var. Hər şey üçün təşəkkür edirəm",- deyə futbolçu sosial mediadakı paylaşımında deyib.
Marselo 2021-ci ildə klubun kapitanı seçildi və 117 ildə klubda qol sarğısı alan ilk qeyri-İspan oldu.