Cəmiyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə həssas əhali qruplarına aid olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində, eləcə də “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində yaşayan azyaşlılar üçün bayram şənliyi təşkil olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub. Bayram tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 1 və 2 saylı uşaq evlərində, eləcə də 1 saylı körpələr evində yaşayan azyaşlılar üçün bayram şənliyi təşkil olunub.

Belə ki, Prezident İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli Fərmanına əsasən bir sıra qanunvericilik aktlarında dəyişiklik edilməklə, eyni zamanda DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına daha iki xidmət əlavə edilib. Qeyd edilən Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir və sözügedən iki xidmət də bu gündən DOST mərkəzləri tərəfindən göstəriləcək.

Təyyarə qəzasında prezidentin ölümü siyasətin əsaslarını sarsıdan, ölkədə hakimiyyət boşluğu yarada bilən və onun gələcəyi ilə bağlı suallar doğuran mühüm məqamdır. Hər bir hadisə ilə bağlı araşdırmalar başlayır, fərziyyələr yayılır və sui-qəsd nəzəriyyələri yayılır.

Al Baraka Azerbaijan tərəfindən 2025-ci il üzrə həyata keçirilən xeyriyyə və humanitar fəaliyyətlərin yekun hesabatı açıqlanıb. Hesabat dövründə təşkilatın layihələri 16 ölkəni əhatə edib. İl ərzində 22 müxtəlif layihə istiqaməti üzrə ümumilikdə 420 xeyriyyə layihəsi icra olunub və bu təşəbbüslərdən 75 859 nəfər faydalanıb. Məlumata görə, layihələr əsasən humanitar yardımın göstərilməsi, sosial rifahın yaxşılaşdırılması, aztəminatlı ailələrin dəstəklənməsi və ehtiyac sahiblərinə yardımın çatdırılması məqsədi daşıyıb. Fəaliyyətlər beynəlxalq miqyasda həyata keçirilib və müxtəlif sosial qrupları əhatə edib.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə dekabrın 30-na təyin olunmuş məhkəmə prosesi qeyri-müəyyən müddətədək təxirə salınıb.