Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının paytaxtı Maskat şəhərində Oman Milli Muzeyində və Mutrah bazarında olub. Heydər Əliyev Fondunun vitse-prezidenti burada müxtəlif guşələri gəzib, nümayiş etdirilən eksponatlarla tanış olub, onların tarixi haqqında ətraflı məlumat alıb. Bu Muzey Omanın tarixi və mədəni irsini əks etdirən əsas mərkəzlərdən biridir.
Cəmiyyət
Oman Sultanlığı Hökumətinin dəvəti ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu ölkədə səfərdədir. Maskat Beynəlxalq Aeroportunda Leyla Əliyevanı Omanın turizm və mədəni irs nazirinin müşaviri Azzan Al Busaidi qarşılayıb. Səfər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının turizm və mədəni irs naziri Salim bin Məhəmməd Al Mahruqi ilə görüşüb.
Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 29 dekabr–4 yanvar tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarət olunub.
Vətəndaşlara təqdim olunan rəqəmsal sənəd və məlumatların əhatə dairəsinin genişləndirilməsi məqsədilə “mygov” platformasında daha bir yenilik istifadəyə verilib. Artıq Azərbaycan vətəndaşları öz aktiv pasportları üzrə ölkədən çıxış və ölkəyə giriş məlumatlarını “mygov” platforması üzərindən əldə edə bilirlər.
Zığ şosesində yol hərəkətində dəyişiklik edilərək yeni svetoforlar quraşdırıldı. Bu barədə NİİM məlumat yayıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtın bir sıra ərazilərində yeni nəqliyyat və piyada svetoforları quraşdırılıb.
Yeni ilin ilk həftəsində bayram günlərinin həftə sonu qeyri-iş günləri ilə ardıcıllıq təşkil etməsi qarşıdakı günlərdə paytaxtdan bölgələrə və əks istiqamətdə hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağından xəbər verir. Təhlükəsizlik baxımından, eləcə də proqnozlaşdırılan sıxlığının yol hərəkəti iştirakçılarının bayram əhval-ruhiyyəsinə təsirsiz ötüşməsi üçün səfərə hazırlaşan sürücü və sərnişinlərin bəzi tövsiyələrə əməl etməsi vacibdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən görmə məhdudiyyətli şəxslərin məşğulluğuna dəstək məqsədilə növbəti peşə hazırlığı kursuna başlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrlik etdiyi “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitə əməyin təhlükəsizliyi ilə bağlı dövlət standartlarının hazırlanması işlərini davam etdirir. Ötən il daha 110 dövlət standartı hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin bu il ikinci mərhələsinə (2026 – 2029-cu illər) başlanacaq. “Məşğulluğa Dəstək Layihəsi”nin 2020-2025-ci illəri əhatə edən ilkin mərhələsində 22 min işsiz şəxsin özünüməşğulluq fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulsa da, layihənin uğurlu icrası nəticəsində ümumilikdə 26,7 min nəfər bu layihəyə cəlb edilib. Növbəti mərhələdə daha 30 min nəfərin kiçik bizneslərin qurmasına dəstək göstərilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğının növbəti təzahürüdür. Sərəncam hazırda ünvanlı sosial yardımla təmin olunan 76 min ailəni (335200 nəfər ailə üzvü) əhatə edəcək və birdəfəlik maddi yardım bayram ərəfəsində onların maddi təminatına dəstək olacaq.
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bu gün Azərbaycanın Milli Qəhrəmanın Natiq Qasımovun doğum günüdür.