Yasamal rayonunda Kənar dairəvi yolun hər iki istiqamətində buzlaşma səbəbindən nəqliyyatın hərəkətində çətinlik yaranıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, mövcud şərait yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub. Nəqliyyat vasitələrinin hərəkətinin bərpası üçün yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Cəmiyyət
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
ADY rəhbərliyi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə ADY məlumat yayıb.
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hüznlə anıblar.
Verilən proqnoza görə, paytaxtda havanın gecə saatlarında şaxtalı olacağı gözlənilir. Bəzi yolların buz bağlayacağı və sürüşmə ehtimalının artacağını nəzərə alaraq, sürücülər nəqliyyat vasitəsini sürətlə idarə etməkdən çəkinməlidirlər. Onların ehtiyatlı davranması, eləcə də nasazlıq baş verdikdə avtomobili dərhal yolun kənarına çəkməsi vacibdir.
1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhid olan qəhrəman Vətən övladlarının ailələri və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər dövlətimiz tərəfindən sosial müdafiə tədbirləri ilə əhatə ediliblər. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Şuşa və Kəlbəcərdə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib. Saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.
Azərbaycan xalqının tarixi yaddaşına istiqlaliyyətə gedən yol, milli qürur və mübarizə günü kimi əbədi həkk olunan 20 Yanvar hadisələrindən 36 il ötür. Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi 20 Yanvar hadisələrinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər. Dövlət və hökumət rəsmiləri Azərbaycanın azadlığı uğrunda həlak olan qəhrəman Vətən övladlarının məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini ehtiramla anıblar.
Qanlı Yanvar hadisələrindən 36 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.
Mediasiya mübahisələrin məhkəmədən kənar, lakin dövlət tərəfindən qanunla tanınan və tənzimlənən həll mexanizmidir. Hümmət Əliyevin sözlərinə görə, bu proses tərəflərə problemi bitərəf mediatorun iştirakı ilə, qarşılıqlı razılaşma yolu ilə həll etmək imkanı yaradır. Hər neçə mediasiya klassik məhkəmə prosesi olmasa da, müəyyən edilmiş hüquqi çərçivəyə malikdir və yekunda əldə olunan nəticə hüquqi əhəmiyyət daşıyır.