Cəmiyyət

Azərbaycan Respublikasında kino istehsalı sahəsində hüquqi tənzimləmənin müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə “Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklərin edilməsi təklif olunur. Bununla bağlı yeni qanun layihəsi Milli Məclisin Mədəniyyət komitəsinin yanvarın 19-da keçirilən iclasının gündəliyinə daxil edilib. Layihə kino industriyasında anlayışların dəqiqləşdirilməsini, dövlət dəstəyi mexanizmlərinin institusional əsaslarının genişləndirilməsini və sahənin investisiya cəlbediciliyinin artırılmasını nəzərdə tutur.

Çin şirkətləri ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Qonaqlara ölkəmizdə əlverişli investisiya mühiti, sənaye zonalarında yaradılmış infrastruktur, investorlar üçün təqdim olunan güzəştlər və dəstək mexanizmləri haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan sənaye və texnologiya yönümlü layihələrin reallaşdırılmasına xüsusi önəm verir və xarici investorlarla uzunmüddətli əməkdaşlıqda maraqlıdır.

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlının Mentorluq Proqramı çərçivəsində “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi (ÇİRES) ilə tanışlıq səfəri təşkil edilib. Eyni zamanda. Aslan Həsənli və Rüfət Məmmədxanlı “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun sədrliyi ilə ÇİRES-də keçirilən əməliyyat iclasına da qatılıblar. İclas zamanı iştirakçılar şirkətin fəaliyyət göstərdiyi regionlarda həyata keçirdiyi layihələr, mövcud daxili nəzarət sistemləri, eləcə də istehsalat sahələrində effektiv iş mexanizmlərinin qurulması ilə bağlı məsələlər üzrə məlumat əldə ediblər.

“Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı” həyata keçirilməsinin əlaqələndirilməsi məqsədilə İşçi Qrup yaradılacaq. Qərara əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Fəaliyyət Planının həyata keçirilməsinin əlaqələndirilməsi məqsədilə əsas və digər icraçı orqanların (qurumların) rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin təmsil olunduğu İşçi Qrup yaratmalı və bu barədə məlumatı 2026-cı il fevralın 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə 2026-cı il üçün birgə tədbirlər planı imzalanıb. Bildirilib ki, sənədə əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək birgə tədbirlərin yeri, icra vaxtı və məsul şəxslər müəyyənləşdirilib.

Rusiya Prezidenti Putin Trampı real söhbət adamı hesab edir. Digər tərəfdən Tramp Rusiya ilə yaxınlaşaraq ABŞ-ı Avrasiyadan və Mərkəzi Asiyadan uzaq tutmaq istəyən Çinlə iqtisadi müharibə aparır. Avropalıları çox sevmir. Eyni zamanda, Ərdoğanın ən ağır ifadələrlə səciyyələndirdiyi Netanyahu ilə dostdur. Qəribə bir labirintdir.” (https://arab.az/yen%c9%99-tramp-g%c9%99ldimus%c9%99lman-dunyasi/)

Yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi, mədəniyyət ocaqlarının, idarə və müəssisələrin, yaradıcılıq təşkilatlarının nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər. 1990-cı ilin 20 yanvarında – 36 il öncə Bakıda baş verən hadisələr Azərbaycan tarixinin təkcə faciə yox, həm də qürur və şərəf səhifəsidir. 70 illik mürtəce imperiyanın pəncəsindən qurtulmağa çalışan, ərazi bütövlüyünün pozulmasına etiraz edən, suveren hüquqlarının müdafiəsinə qalxan Azərbaycan xalqının milli iradəsini qırmağa çalışdılar. Yanvarın 20-nə keçən gecə Sovet ordusu əliyalın insanlara qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirdi. Xalqımız azadlığın, müstəqilliyin əvəzsiz nemət olduğunu, onu canından da əziz bildiyini dünyaya göstərdi. Qaradan qara, lakin milli istiqlalımıza və istiqbalımıza işıqlı yolun açıldığı o gecə şəhadət şərbətini içən 150 nəfərədək vətəndaşımız xalqın mübarizəsinin şahidləri kimi adlarını müasir tariximizə əbədi həkk etdirdilər...

"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ silahlı qüvvələri tərəfindən Azərbaycan xalqının milli iradəsinin və müstəqillik tələblərinin zorakılıq yolu ilə boğulması məqsədilə mülki əhaliyə qarşı həyata keçirilmiş hərbi müdaxilədən 36 il ötür. İnsanlıq əleyhinə törədilmiş bu qanlı hadisə nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur. Kütləvi itkilərlə nəticələnən 20 Yanvar faciəsi öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdəndir.

Keçən ilin yanvar-noyabr ayları ərzində ölkədə 54582 ölüm halı qeydə alınıb. Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,7-dən 5,8-ə qədər artıb.

Ötən ilin yanvar-noyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44996 nikah və 18832 boşanma halları qeydə alınıb. Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.01.2026-cı il tarixədək işğaldan azad edilmiş ərazilərə 26014 nəfər keçmiş məcburi köçkün geri qayıtmış, bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 73514 nəfər təşkil etmişdir. Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir