Cəmiyyət

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə 61-ci Venesiya Biennalesində Əməkdar rəssam Faiq Əhmədin “Diqqət” (The Attention) layihəsi ilə təmsil olunacaq. Azərbaycan milli pavilyonundakı ekspozisiya mayın 9-dan noyabrın 22-dək açıq olacaq.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Naftalan şəhərində vətəndaşlarla görüş keçirib. Yanvarın 29-da nazir müavini Vüsal Nəsirli Naftalan şəhərində Naftalan şəhərinin və Goranboy rayonunun sakinlərini qəbul edib. Qəbul zamanı müraciət edənlər arasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da yer alıb.

Əlilliyi olan şəxslərin məşğulluğunun artırılması istiqamətində tədbirlər davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi son bir il ərzində əlilliyi olan 5800 şəxsin işlə təmin edilməsinə nail olub. Bu tədbirlər əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası siyasətinin mühüm istiqamətlərindən biri kimi həyata keçirilir.

Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə tibb üzrə fəlsəfə doktoru Anar Namazov “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub. Azərbaycan Tibb Universitetinin (ATU) I cərrahi xəstəliklər kafedrasının assistenti və ATU Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin müdiri vəzifəsində çalışan Anar Namazov, bu şərəfli ada öz biliyi, zəhməti və yüksək peşəkarlığı sayəsində layiq görülüb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova arasında görüş keçirilib. Görüşdə AzMİU-da həyata keçirilən tədris, elmi-tədqiqat və innovasiya fəaliyyəti, eləcə də universitetdə aparılan rəqəmsallaşma təşəbbüsləri barədə məlumat verib. AzMİU nəzdində yaradılan “Süni İntellekt Mərkəzi”nin tədris, elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin əlaqələndirilməsində rolu qeyd edilib.

Yanvarın 29-da elm və təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhərinə səfər edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Nazir Mingəçevir şəhərində Milli Qəhrəman Natiq Qasımovun adını daşıyan 4 nömrəli tam orta ümumtəhsil məktəbində Milli Qəhrəmanın büstünün açılış mərasimində iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində institutun “İslamşünaslıq” ixtisasının I kurs tələbəsi Həmzə Həsənovun ailəsini ziyarət edib. Komitə sədri gənclərin sosial həyata fəal şəkildə cəlb edilməsi, dünyagörüşlərinin zənginləşdirilməsi və sağlam təhsil mühitinin yaradılması məqsədilə Aİİ-də müxtəlif maarifləndirici və sosial təşəbbüslərin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, bu layihələr tələbələrin fərdi inkişafına mühüm töhfə verməklə yanaşı, cəmiyyətdə sağlam dini düşüncənin formalaşdırılması, tolerantlıq və multikultural dəyərlərin qorunmasına xidmət edir.

Naxçıvanda “Konstitusiya, Suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış” adlı kitab nəşr edilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun məsləhətçisi olduğu kitabın müəllifi Ali Məclisin sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayevdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2,7 milyonu ötüb. 2019-cu ildə istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlara dair toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır.

26-28 yanvar tarixlərində İspaniyanın Madrid şəhərində Madrid Qidalar Qovşağı Beynəlxalq Konqresində (“Madrid Fusion 2026”) Azərbaycanın qastroturizm imkanları tanıdılıb. Tədbirdə ölkəmizin qastroturizm imkanlarının tanıdılması məqsədilə milli qastronomiya stendində milli mətbəx nümunələri, o cümlədən Slou Fud “Dad gəmisi” siyahısına müvafiq biomüxtəliflik nümunələri, milli qənnadı məmulatları və quru meyvələr nümayiş etdirilib və ziyarətçilərə təqdim olunub.

28 yanvar tarixində Azərbaycan, Türkiyə və Qazaxıstanın Meksikadakı səfirliklərinin və Mexiko şəhərində yerləşən Yunus Əmrə İnstitutu Türkiyə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə həmin Mərkəzdə “Ümumdünya Türk Dili Ailəsi Günü” münasibətilə “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib.

Mentorluq Proqramı çərçivəsində növbəti görüş idarəetmə və kadr siyasəti mövzularına həsr olunub. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Nicat Qocayevlə növbəti dəfə görüş keçirib. Görüş zamanı özəl və dövlət sektorlarında idarəetmədə tətbiq olunan metodlar, struktur dəyişikliklərin idarə olunması, eləcə də düzgün kadr seçimi məsələləri əsas müzakirə mövzuları olub.