Cəmiyyət

Avropanın aparıcı universitetlərini əhatə edən nüfuzlu reytinqdə Azərbaycan universitetlərinin təmsilçiliyi əhəmiyyətli dərəcədə artıb. “Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi tərəfindən açıqlanan “QS Avropanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alan Azərbaycan universitetlərinin sayı ötən illə müqayisədə 9-dan 15-ə yüksəlib. Reytinqdə təmsil olunan 42 ölkədən 958 universitet arasında bu il 6 Azərbaycan universiteti ilk dəfə siyahıya daxil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial məşğulluq proqramları genişləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində iştirakçılara və sosial cəhətdən həssas qruplar üçün iş yerlərinin yaradılmasına yönəlmiş yeni pilot layihəyə start verib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən Qlobal Əmək Bazarı Konfransında iştirak edib.İşçi qüvvəsinin bacarıqlarının əmək bazarının tələblərinə uyğun şəkildə inkişaf etdirilməsinin, məşğulluq xidmətlərinin rəqəmsallaşdırılmasının, işəgötürənlərlə sıx tərəfdaşlığın qurulmasının da prioritet fəaliyyət istiqamətlərindən olduğu qeyd edilib. 2025-ci ildə ölkəmizdə məşğulluq orqanları tərəfindən 567 min nəfərin aktiv əmək bazarı proqramlarına cəlb edildiyi, onlardan 189 min insanın işlə təminatının həyata keçirildiyi, həmçinin özünüməşğulluq, peşə hazırlığının təşkili proqramlarının icrası işləri diqqətə çatdırılıb.

Nazir Pərviz Şahbazov bildirib ki, Azərbaycan ənənəvi neft və qaz istehsal edən və ixrac edən ölkə olmasına baxmayaraq, enerji keçidi istiqamətində də irəliləyişlərə nail olub. Son illərdə enerji sektorunda genişmiqyaslı islahatlar həyata keçirilib, bu sahədə çoxsaylı normativ-hüquqi aktlar qəbul edilib, bərpa olunan enerji mənbələrinin inkişafına başlanılıb. Qeyd olunub ki, Azərbaycan 2030-cu il üçün bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücdə payının 30 faizə çatdırılmasını hədəfləyib. Hazırda isə bu göstəricinin artıq 2027-ci ilə qədər 33,7 faizə çatdırılması planlaşdırılır. Bu da ölkənin enerji keçidi istiqamətində ciddi irəliləyiş əldə etdiyini göstərir və bu yolun gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyində Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru ilə keçirilmiş görüşdə Avropa İttifaqı ilə qarşılıqlı iqtisadi əlaqələrə dair müzakirə aparılıb. Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığa önəm verdiyi vurğulanıb. Bildirilib ki, ölkəmizin əlverişli işgüzar mühiti avropalı investorlar üçün geniş imkanlar təqdim edir.

2025-ci il ərzində dövlət büdcəsinin gəlirləri 39,131 milyard manat təşkil etməklə 2024-cü illə müqayisədə 5,3 faiz və ya 1,969 milyard manat çox icra edilib. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 24,650 milyard manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 269,3 milyon manat və ya 1,1 faiz çoxdur.

Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Cəbrayıl rayonunun Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

44 günlük Vətən müharibəsindən sonra bu kateqoriyaya aid şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə genişmiqyaslı proqramlar icra olunub. Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan ümumilikdə 29 min şəxs müxtəlif məşğulluq tədbirləri ilə əhatə edilib.

“Uşaq hüquqları haqqında” qanun layihəsi uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizmi, əlaqələndirmə, nəzarət və monitorinqin həyata keçirilməsi, bu sahədə Ombudsmanın vəzifə və səlahiyyətlərinin müəyyən ediləcək. Bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında deyib.

Azərbaycanın qida və içki sənayesi məhsulları Dubayda keçirilən “Gulfood 2026” – 31-ci Beynəlxalq Qida və İçkilər Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 22 şirkəti və “İstisu” mineral su zavodu iştirak edir. Milli stenddə qənnadı və un məmulatları, konservləşdirilmiş məhsullar, qurudulmuş və təzə meyvələr, çərəzlər, yağlar və əzmələr, alkoqolsuz içkilər, mineral sular, bal və digər ərzaq məhsulları təqdim olunur.

Dindarların üzərinə düşən əsas vəzifələrdən biri mədəniləşmə səviyyəsini yüksəltməkdir. Əks halda, dünyanın bu qədər sürətli və intensiv inkişaf etdiyi bir mərhələdə onlar istismara məruz qalmağa davam edəcəklər. Bu istismar bəzən sosial, bəzən siyasi, bəzən isə ideoloji formada ortaya çıxır. Daha təhlükəlisi isə odur ki, mədəni təməli zəif olan bəzi dindarlar zamanla radikal düşüncələrin təsiri altına düşürlər.

BAKI, AzerVoice Paytaxt yollarında ötən il ərzində 2 546 yol-nəqliyyat hadisəsi baş verib. Qəzaların əsas səbəbləri sırasında yüksək sürət, sürücü diqqətsizliyi və yol hərəkəti qaydalarının pozulması üstünlük təşkil edir. AzerVoice xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.