"Facemark" şirkətinin təşkilatçılığı ilə keçirilən XI Milli Marketinq Forumu uğurla yekunlaşıb. "AI işığında" konsepti ilə təşkil olunan tədbir marketinq, kommunikasiya, biznes və kontent sahələrini təmsil edən 500-dən çox iştirakçını bir araya gətirib.
Cəmiyyət
Ombudsman Aparatı tərəfindən aparılan araşdırmalar göstərir ki, son illər uşaqlar arasında geniş yayılmış interaktiv platformalar və onlayn oyunlar ciddi risklər yaradır. Bunu İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında deyib.
"Xiaomi 17T" - Bu model bazarda "əlçatan flaqman" kimi mövqeləndirilir — bu, büdcəli həllərlə qiyməti çox vaxt süni şəkildə şişirdilmiş flaqmanlar arasında qızıl ortadır. "Xiaomi 17T" istifadəçilərə çox yüksək məhsuldarlıq səviyyəsi, teleobyektivli kamera vasitəsilə genişləndirilmiş çəkiliş imkanları və yüksək muxtariyyət (uzun batareya ömrü) təklif edir. Özü də bütün bunları sadəcə brendin imicinə görə əlavə pul ödəmədən əldə etmək mümkündür. Şirkət digər top istehsalçıların baza modellərini öz məhsuluna birbaşa rəqib görür. Beləliklə, istehsalçı bu modelin hədəf auditoriyasını estetikaya önəm verən, lakin eyni zamanda praqmatik olan və texnologiyadan xərclədiyi hər bir qəpiyin qarşılığını tam almaq istəyən istifadəçilərdə görür.
Azərbaycanda mediasiya institutu “Mediasiya haqqında” Qanunla tənzimlənir və bu mexanizm mübahisələrin məhkəmədənkənar həlli vasitəsi kimi hüquqi statusa malikdir. Qanun birbaşa “onlayn mediasiya” terminini geniş şəkildə ayrıca tənzimləməsə də, rəqəmsal texnologiyaların tətbiqinə maneə yaratmır və praktiki baxımdan tərəflərin məsafədən iştirakı mümkün hesab olunur.
Baha qiymətli smartfonlar mükəmməl cihazlar ola bilər, lakin yalnız zənglər və qısa mesajlar (SMS) üçün bəzən düyməli telefonlara daha çox üstünlük verilir. Bu cihazları, məsələn, böyük ekranlı bahalı texnologiyaları yürüşlərə aparmaq istəməyən turistlər çox sevirlər. Yaşlı insanların böyük bir qismi üçün isə düyməli telefon hələ də mobil rabitə vasitəsilə ünsiyyət qurmaq üçün ən ideal variant olaraq qalmaqdadır. Əgər siz də belə bir telefon axtarışındasınızsa, bu məqalə tam sizin üçündür. Çünki burada 2026-cı ildə satın alına biləcək ən yaxşı düyməli telefonlar toplanmışdır.
Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində iyunun 6-ə və 7-də keçirilən “Classics & Supercars” festivalı başa çatıb. Festival zamanı klassik avtomobillər, idman avtomobilləri və “Supercar”lar sərgilənib. Festivalda Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri nümayiş olunurdu
Con Steynbek XX əsr Amerika ədəbiyyatının ən güclü sosial-realist yazıçılarından biridir. 1902-ci ildə Kaliforniyada doğulan müəllif, gəncliyində fəhləlik etmiş, torpaq işçiləri ilə çiyin-çiyinə çalışmış və bu təcrübə onun yaradıcılığının əsas sütununa çevrilmişdir. Steynbek "böyük depressiya" dövrünün kədərini, yoxsulluğunu və sadə insanların yaşamaq uğrunda apardığı amansız mübarizəni ən dürüst təsvir edən qələm sahibidir.
2013-cü ildə ekranlara çıxan Prisoners (“Əsirlikdə qalanlar”) kriminal-triller janrında çəkilmiş və dünya kinosunda son illərin ən təsirli psixoloji filmlərindən biri hesab olunur. Filmin rejissoru Denis Villeneuve, ssenari müəllifi isə Aaron Guzikowskidir. Ekran əsərində əsas rolları Hugh Jackman, Jake Gyllenhaal, Viola Davis, Maria Bello, Terrence Howard, Melissa Leo və Paul Dano canlandırıblar.
Filmoskop rubrikasında bu dəfə kinosevərlərin böyük maraqla gözlədiyi və planetar miqyaslı bir təhlükəni fərqli prizmadan təqdim edən yeni ekran işini — "Worldbreaker" (Dünya qıran) filmini təhlil edirik. Rejissor Bred Andersonun elmi-fantastika, triller və ailə dramı elementlərini ustalıqla birləşdirdiyi bu film, dünyanı darmadağın edən sarsıntılar fonunda bir atanın və qızının sağ qalma mübarizəsini sarsıdıcı bir dillə ekrana gətirir.
Bildirilib ki, Kəlbəcər rayonunun Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Mənsimli Rəcəb Miriş oğlu və Osmanov İlyas Coşqun oğlu bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər. Məlumata görə, müxtəlif bədən xəsarətləri alan Osmanov İlyas Coşqun oğluna dərhal ilk yardım göstərilib və o, yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub. Hərbi qulluqçunun vəziyyətinin stabil olduğu qeyd edilib.
İyunun 6-da Bakıda “Classics & Supercars” festivalı başlayıb. İki gün davam edəcək festival Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçirilir. İki gün ərzində Bakı bulvarında avtomobillər klassik avtomobillər, “Supercar”lar və idman avtomobilləri nümayiş olunacaq.
Gənc rəssam Zeynəb Babayeva altı ildən artıqdır ki, əl işi oyuncaqlar hazırlayır və əsərlərinin əsas qəhrəmanları heyvanlardır. “İşıqlı planetin sakinləri” sərgisinin müəllifi olaraq o, parlaq rənglər və mehriban obrazlarla öz fantaziya dünyasını nümayiş etdirir. Babayeva kolleksiya üzərində təxminən iki ay işləyib və cəmi bir ay ərzində iyirmidən çox əl işi oyuncağı tamamlayıb. Rəssam vurğulayır ki, daim öyrənmək, ilham mənbəyi axtarmaq və yaradıcı təcrübələrdən qorxmamaq vacibdir. Başqalarının işlərini öyrənmək və fərqli texnikalarla tanış olmaq yeni ideyalar və inkişaf üçün əsasdır. Babayeva qeyd edir ki, yüksək keyfiyyətli materiallar zəruridir, lakin təcrübə, əzmkarlıq və öz üzərində çalışma sənətin təkmilləşdirilməsinin əsas amilləridir.