Azərbaycan ilə Misir arasında münasibətlər son illərdə siyasi, iqtisadi və humanitar sahələrdə əhəmiyyətli dərəcədə inkişaf edib. Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov bildirib ki, təşkilatın əsas məqsədi iki ölkə xalqları arasında humanitar və mədəni əlaqələri möhkəmləndirməkdir. Cəmiyyətin nəzdində fəaliyyət göstərən kurslarda 61 ölkədən 670-dən çox tələbə ödənişsiz təhsil alır və proqram Azərbaycan dili, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti kimi sahələri əhatə edir. Nəsirov qeyd edib ki, qloballaşan dünyada xalqlar arasında dialoq və əməkdaşlıq, eləcə də Azərbaycanın beynəlxalq təşəbbüsləri böyük rol oynayır. Bu fəaliyyətlər həm mədəni, həm də humanitar əlaqələrin inkişafına töhfə verir və iki ölkənin əməkdaşlıq imkanlarını genişləndirir.
Cəmiyyət
İyunun 5-də “Oxbridge Academy” məktəbində gənc rəssam Zeynəb Babayevanın əsərlərindən ibarət yeni kolleksiyanın təqdim edildiyi “İşıqlı planetin sakinləri” adlı fərdi sərginin açılışı olub. Festivalın açılışında çıxış edən “Oxbridge Academy” məktəbinin təhsil üzrə direktoru Cəmilə Çıraqzadə tədbirin məqsədinin iştirakçıları müxtəlif ölkələrin mədəni müxtəlifliyi ilə tanış etməklə yanaşı, həm də universal insani dəyərlərin təşviqi olduğunu qeyd edib.
Milli Məclisdə sürücülük hüququndan məhrumetmə həddinin 20 baldan 40-50 bala qaldırılması təklifi müzakirə olunub. Bildirilib ki, şəhərdaxili və bölgələrarası marşrutlarda çalışan sürücülər yollarda adi sürücülərlə müqayisədə 5-8 dəfə daha çox vaxt keçirirlər. Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sürücülük əsas gəlir mənbəyidir və onların böyük hissəsi ailəsinin yeganə qazanc sahibidir.
2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində iki yük gəmisi — Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək üçün ballast vəziyyətində hərəkət edən “Natra” və “Zirkon” quru yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücumlar nəticəsində beş nəfər həlak olub.
Ankarada Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilib. Layihə çərçivəsində elmi konfrans, milli geyim sərgisi və Qərbi Azərbaycan mətbəxindən furşet təqdim olunub. Tədbir zamanı azərbaycanlıların tarixən yaşadıqları torpaqlardan deportasiyalara məruz qalması, maddi və qeyri-maddi mədəni irsin qorunması məsələləri müzakirə olunub. Məqsəd Qərbi Azərbaycanın zəngin mədəni irsini beynəlxalq ictimaiyyətə çatdırmaq, qorumaq və ümumtürk mədəni irsi ilə bağlı məlumatları yaymaqdır.
İyunun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şəki şəhərində “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans öz işinə başlayıb.
Bu ilin Ali Baş Komandanımız İlham Əliyevin sərəncamı ilə “Şəhərsalma ili” elan edilməsi şəhərlərin planlı inkişafı və memarlıq irsinin yenidən dəyərləndirilməsi aktuallaşmışdır. Ölkəmizin şəhərsalma tarixi müxtəlif mədəni təsirlərin və memarlıq ənənələrinin sintezi nəticəsində formalaşmışdır. Xüsusilə XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı şəhəri sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə dünyanın bir çox yerlərindən Bakıya qazanc üçün yalnız iş adamları deyil, onlarla yanaşı memarlar, mühəndislər də gəlirdi. Avropa memarlarının, o cümlədən polyak mütəxəssislərinin fəaliyyəti şəhərin memarlıq simasının formalaşmasında mühüm rol oynamışdır. Polyak memarlarının layihələndirdiyi binalar bu gün də Bakının tarixi irsinin ayrılmaz hissəsi kimi qalmaqdadır.
Parisdə mədəni irsin böhran şəraitində qorunması məsələləri müzakirə edildi Paris şəhərində böhran və fövqəladə hallar zamanı mədəni irsin qorunması, bərpası və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələlərinə həsr olunmuş mühüm görüş keçirilib.
4–25 yaş arası gənclər üçün nəzərdə tutulan “İpək Yolları Gənclərin Gözü ilə” (Youth Eyes on the Silk Roads) beynəlxalq fotomüsabiqəsinə müraciət qəbulu elan olunub. Bu ilin mövzusu “İpək Yolları boyunca yaşayan irs” adlanır. Layihənin əsas məqsədi gəncləri fotoqrafiya vasitəsilə ortaq mədəni irsi nümayiş etdirməyə, xalqlar arasında sülh, dialoq və qarşılıqlı anlayışın təşviqinə həvəsləndirməkdir.
Şamaxı rayonunun Qızmeydan kəndində “Elləroyuğu” Yaylaq Festivalı keçirilib. Amasiya rayonu Elləroyuğu kənd İcmasının təşkilatçılığı ilə baş tutan festival Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, xüsusilə Ağbaba-Şörəyel mahalının milli-mənəvi dəyərlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədilə təşkil olunub.
Mediasiyanın effektivliyi əsasən bir neçə fundamental indikator vasitəsilə ölçülür. Buraya mübahisələrin razılaşma ilə nəticələnmə faizi, prosesin müddəti, tərəflərin məmnunluq səviyyəsi və məhkəmə yükünün azalmasına təsiri daxildir. Eyni zamanda, əldə olunan razılaşmaların davamlılığı və sonradan yenidən hüquqi mübahisəyə çevrilməməsi də mühüm göstərici hesab olunur. Müasir yanaşmada mediasiyanın sosial və iqtisadi təsirləri də ayrıca qiymətləndirilir.
Filmoskop rubrikasında bu dəfə kino tarixinin ən böyük hadisələrindən birini, 11 Oskar mükafatlı şahəsəri — rejissor Ceyms Kemeronun "Titanik" (Titanic) filmini təhlil edirik. Bu film sadəcə bir gəmi qəzası hekayəsi deyil, eyni zamanda sosial təbəqələr arasındakı uçurumu, insanın təbiət qarşısındakı acizliyini və ölümün kölgəsində doğan unudulmaz bir eşqi anladan epik dramdır.