Cəmiyyət

AZAL-ın Bakı–Naxçıvan reyslərini icra edən təyyarələr hava şəraiti səbəbindən Bakıya geri qayıdıb. Təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib. Əlverişsiz hava şəraitinin bu gün də davam edəcəyi gözlənilir. Sərnişinlər mümkün dəyişikliklər barədə məlumat alacaq. Naxçıvanda qeyri-sabit hava uçuş cədvəlini çətinləşdirib. Dağlıq relyef və sürətlə dəyişən meteoroloji şərait uçuşlara təsir göstərir. AZAL sərnişin və ekipaj təhlükəsizliyini təmin etmək üçün operativ qərarlar qəbul edir. Bütün əməliyyatlar beynəlxalq standartlara uyğun həyata keçirilir.

Azərbaycanda keçirilmiş Dünya Şəhərsalma Forumunun XIII Sessiyası beynəlxalq medianın diqqət mərkəzindədir. Məqalə Çinin Sinxua agentliyi və Jenmin Cibao qəzetində yayımlanıb. Forum Azərbaycanın beynəlxalq şəhərsalma gündəliyində rolunu vurğulayır. Bakıda keçirilmiş WUF13 təhlükəsiz, dayanıqlı, inklüziv və insan mərkəzli şəhərlərin qurulmasını müzakirə mərkəzinə gətirib. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri nümunə kimi göstərilib. Məqalədə Azərbaycan-Çin əməkdaşlığı və yüksək etimad mühiti xüsusi qeyd olunur. Çin təcrübəsi Azərbaycan üçün urbanizasiya və dayanıqlı inkişaf üzrə öyrəniləsi nümunə kimi qiymətləndirilir. Forum gələcəyin şəhərlərinin uğurunun yalnız texnologiya və infrastrukturla deyil, insanların təhlükəsiz yaşayışı və sosial ədalətlə ölçülməli olduğunu göstərir.

İyunun 11-də Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə və klinikasına səfər ediblər. Qonaqlar universitetin əsas binası və rəhbərlik tərəfindən həyata keçirilən təhsil strategiyası ilə tanış olublar. Fakültənin auditoriyaları, tədqiqat laboratoriyaları və Simulyasiya Mərkəzi nümayiş etdirilib. Klinikanın şöbələri, laboratoriyaları və tibbi avadanlıqları qonaqlara təqdim olunub. Nazir vəzifəlilər tələbələr, akademik heyət və əməkdaşlarla görüşərək tibb təhsili və səhiyyə inkişafını müzakirə ediblər. İnteraktiv görüşdə nazirlər sualları cavablandırıb, dövlət prioritetlərini açıqlayıblar. Universitetin yüksək ixtisaslı tibbi kadrlara töhfəsi və modern səhiyyə-ekosistem layihələri diqqət mərkəzində olub. Tələbə yataqxanası və İncəsənət fakültəsinin musiqi proqramı da nümayiş olunub.

Araz çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) məlumatına görə, bu, 08–11 iyun tarixlərində Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan ilə İran arasında daimi fəaliyyət göstərən Birgə Komissiyanın İranda keçirilən 55-ci iclasında təsdiq olunub.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki 156 nömrəli orta məktəbdə olub, məktəbin həyətində yerləşən Türk şəhid məzarını ziyarət edib və Qarabağ müharibəsində həlak olmuş məzunların xatirə lövhəsini ehtiramla yad edib. Məktəbin rəhbərliyi səfirə tədris ocağının tarixi və fəaliyyəti haqqında məlumat verib. Səfir həmçinin dərs ilinin başa çatmasına həsr olunmuş “Türk dünyasına səyahət” adlı şənlikdə iştirak edib. Tədbirdə Milli Məclisin deputatı Günay Əfəndiyeva, Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin diplomatik nümayəndələri də iştirak edib. Şagirdlərin ifalarında türk xalqlarının mahnı və rəqsləri təqdim olunub. Səfir və qonaqlar Türk dünyasının birlik və həmrəylik idealının yaşadılmasına verdikləri töhfələrə görə müəllim və şagird heyətinə təşəkkürünü bildirib.

Medianın İnkişafı Agentliyi tərəfindən təşkil edilən qanun layihəsinin ictimai müzakirəsində əsas məqsəd uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması və onların psixoloji, mənəvi inkişafının qorunması olub. Layihə çərçivəsində fərdi məlumatların üçüncü şəxslərə ötürülməsi qadağan edilir və yetkinlik yaşına çatmayan şəxslərin müraciəti ilə sosial şəbəkələrdə paylaşılan məlumatlar tamamilə silinə bilər. Qanun həmçinin internet provayderləri və rəqəmsal platformaların uşaqların mənəvi formalaşmasında sosial və hüquqi məsuliyyət daşımalarını təmin edir. Tədbirdə iştirak edən ekspertlər və dövlət nümayəndələri layihənin rəqəmsal təhlükəsizliyi artırmaq, etik normaları gücləndirmək və gələcək nəsilləri qorumaq məqsədi daşıdığını vurğulayıblar.

Erkən yaşda sosial şəbəkələrdən istifadə yetkinlik yaşına çatmayan şəxslərdə bullinq, rəqəmsal asılılıq, psixoloji travmalar və transmilli xarakterli təsirlərə məruz qalma riskini kəskin şəkildə artırır. İcraçı direktor bikdirib ki, Azərbaycan dövləti tərəfindən uzun illərdir uğurla həyata keçirilən güclü ailə və uşaq siyasətinin, eləcə də milli-mənəvi dəyərlərin qorunması strategiyasının hüquqi mexanizmlərlə rəqəmsal mühitə də inteqrasiya olunması artıq subyektiv istək deyil, obyektiv və qaçılmaz bir zərurətdir:

Kompüter texnologiyaları sahəsində fəaliyyət göstərən tanınmış ekspert, müasir oyun sənayesinin ən güclü qrafik kartları hesab olunan "GeForce RTX 5070" (NVIDIA) və "Radeon RX 9070 GRE" (AMD) modellərini real oyun şəraitində sınaqdan keçirib. Müqayisəli analiz aparat təminatının daxili gücünü maksimum dərəcədə yükləyən 12 müasir "AAA" sinfindən olan oyun müstəvisində aparılıb. Sınaqların nəticəsində əldə olunan saniyədə kadr tezliyi (FPS) göstəriciləri hər iki qrafik kartının potensialını çılpaqlığı ilə ortaya qoyur.

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS England) tibb işçilərini vaxt aparan sənədləşmə işlərindən azad etmək və birbaşa pasiyentlərin müalicəsinə daha çox vaxt ayırmaq məqsədilə süni intellekt texnologiyalarından istifadəni genişləndirir. Qurum yarım milyondan çox həkim, tibb bacısı və dəstək heyətini rəqəmsal assistentlə təmin etmək üçün "Microsoft 365 Copilot" sisteminin genişmiqyaslı tətbiqinə başladığını elan edib.