#İnformasiya resursları

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektlərinin fəaliyyəti ilə bağlı bəyanat yayıb. Agentlik ölkədə fəaliyyət göstərən bütün media subyektlərinin “Media haqqında” Qanunun tələblərinə riayət etməli olduğunu bildirib. Media qurumlarının qanunvericiliyə uyğun olaraq “Media Reyestri” İnformasiya Sistemində mövcud olmasının vacibliyi vurğulanıb. Bəyanatda “Ajmedia.news” saytının Media Reyestrində olmadığı açıqlanıb. Agentlik saytın media etikası tələblərinə də riayət etmədiyini bildirib. Qanun pozuntuları ilə əlaqədar resurs barədə məhkəmə qərarının qəbul edildiyi qeyd olunub. Məhkəmə tərəfindən saytın fəaliyyətinin qanunsuz hesab edildiyi bildirilib. Agentlik icmaların adından çıxış edən media subyektlərini öz statusları və fəaliyyətləri barədə ictimaiyyətə şəffaf məlumat verməyə çağırıb.