#Media Reyestri

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektlərinin fəaliyyəti ilə bağlı bəyanat yayıb. Agentlik ölkədə fəaliyyət göstərən bütün media subyektlərinin “Media haqqında” Qanunun tələblərinə riayət etməli olduğunu bildirib. Media qurumlarının qanunvericiliyə uyğun olaraq “Media Reyestri” İnformasiya Sistemində mövcud olmasının vacibliyi vurğulanıb. Bəyanatda “Ajmedia.news” saytının Media Reyestrində olmadığı açıqlanıb. Agentlik saytın media etikası tələblərinə də riayət etmədiyini bildirib. Qanun pozuntuları ilə əlaqədar resurs barədə məhkəmə qərarının qəbul edildiyi qeyd olunub. Məhkəmə tərəfindən saytın fəaliyyətinin qanunsuz hesab edildiyi bildirilib. Agentlik icmaların adından çıxış edən media subyektlərini öz statusları və fəaliyyətləri barədə ictimaiyyətə şəffaf məlumat verməyə çağırıb.

Prezident İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı. Ötən beş il ərzində Agentliyin fəaliyyəti, ölkədə həyata keçirilən media islahatlarının gedişi və qarşıda duran vəzifələr barədə AZƏRTAC-ın suallarını Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov cavablandırır.