Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Beynəlxalq səyyahlar Şuşanın tarixi və mədəni irsi ilə tanış olublar

    26 Mart 2026 19:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Beynəlxalq səyyahlar Şuşanın tarixi və mədəni irsi ilə tanış olublar
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA

    “NomadMania” klubunun təsisçisi və rəhbəri Harry Mitsidis-in başçılığı ilə beynəlxalq səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Şuşa şəhəri ilə tanış olublar.

    VOA-nın Qarabağ bürosunun məlumatına görə, 37 ölkədən 79 nəfər səyyahdan ibarət heyət əvvəlcə şəhərin mərkəzi meydanına baş çəkib. Burada onlar Azərbaycanın görkəmli şəxsiyyətləri – Xurşidbanu Natəvan, Bülbül və Üzeyir Hacıbəyli-nin güllələnmiş heykəlləri ilə tanış olublar.

    Qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründə üzləşdiyi dağıntılar və hazırda həyata keçirilən bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, otuz illik işğal müddətində şəhərdəki tarixi binalar, məscidlər və mədəni abidələr vandalizmə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra isə burada genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb, infrastruktur qurulub və şəhərin tarixi simasının bərpası istiqamətində mühüm addımlar atılıb.

    Səfər çərçivəsində dünya səyyahları Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, qala divarları və Yuxarı Gövhər Ağa məscidi ilə də tanış olublar.

    Qeyd edək ki, bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eləcə də aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır. 2020–2025-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzura dünyanın aparıcı səyyah klubları vasitəsilə 15 beynəlxalq səfər təşkil edilib. Bu səfər isə sayca 16-cıdır.

    Beynəlxalq səyyahlar Şuşanın tarixi və mədəni irsi ilə tanış olublar
    Beynəlxalq səyyahlar Şuşanın tarixi və mədəni irsi ilə tanış olublar
    Beynəlxalq səyyahlar Şuşanın tarixi və mədəni irsi ilə tanış olublar
    Beynəlxalq səyyahlar Şuşanın tarixi və mədəni irsi ilə tanış olublar
    Beynəlxalq səyyahlar Şuşanın tarixi və mədəni irsi ilə tanış olublar
    Beynəlxalq səyyahlar Şuşanın tarixi və mədəni irsi ilə tanış olublar
    Beynəlxalq səyyahlar Şuşanın tarixi və mədəni irsi ilə tanış olublar
    Beynəlxalq səyyahlar Şuşanın tarixi və mədəni irsi ilə tanış olublar
    Beynəlxalq səyyahlar Şuşanın tarixi və mədəni irsi ilə tanış olublar
    Beynəlxalq səyyahlar Şuşanın tarixi və mədəni irsi ilə tanış olublar
    #Qarabağ #Şərqi Zəngəzur #Xurşidbanu Natəvan #Üzeyir Hacıbəyli #NomadMania #Bülbül #Harry Mitsidis
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib

    3 Avqust 2026 18:32

    Şərqi Zəngəzurun dirçəlişi təkcə insanların deyil, biznesin və yeni imkanların qayıdışıdır - Vahid Hacıyev

    2 Avqust 2026 16:29

    "Qarabağ" bu gün CSKA ilə qarşılaşacaq

    30 İyul 2026 10:43

    Marko Yankoviç “Qarabağ”dan ayrıldı

    22 İyun 2026 10:37

    Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb

    12 İyun 2026 20:45

    Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

    6 İyun 2026 10:51

    Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir

    23 May 2026 18:52

    Qarabağ və Şərqi Zəngəzurun bərpası postmünaqişə reabilitasiyasının effektiv modelidir - dövlət komitəsinin nümayəndəsi

    15 May 2026 19:07

    Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır

    13 May 2026 17:54

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli kəndinin sakinləri ilə görüşündən görüntülər paylaşım edilib

    9 May 2026 23:11

    Prezident İlham Əliyev: Cəbrayılın gələcəkdə Azərbaycan üçün böyük töhfəsi olacaq

    9 May 2026 21:17

    Prezident İlham Əliyev: Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir

    9 May 2026 18:36
    XƏBƏR LENTİ

    Kolumbiya İsrailə kömür ixracını iki ildən sonra bərpa edir

    Mərkəzi Bank niyə Efiopiya valyutasını xilas edə bilmədi?

    Astanada Kurultaya seçkilər üzrə səsvermə keçirilir

    ABŞ Afrikada neft strategiyasını genişləndirir?

    ABŞ-ın borcu 40 trilyon dollara yaxınlaşır - maliyyələşmə niyə bahalaşdı?

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.