Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb

    12 İyun 2026 20:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Azərbaycanda keçirilmiş Dünya Şəhərsalma Forumunun XIII Sessiyası haqqında “Xalq qəzeti”nin baş redaktorunun birinci müavini, Azərbaycanın Əməkdar jurnalisti Hümbət Musayevin “Bakı təhlükəsiz və dayanıqlı şəhərlər gündəliyi: WUF13 - Azərbaycan və Çin əməkdaşlığının yeni platforması” sərlövhəli məqaləsi Çinin “Sinxua” (Xinhua) agentliyinin və “Jenmin Jibao” qəzetinin rəsmi internet səhifələrində rus dilində yayımlanıb. Bu, Azərbaycanın qlobal şəhərsalma gündəliyində roluna, Bakıda keçirilmiş WUF13-ün beynəlxalq əhəmiyyətinə və Azərbaycan-Çin əməkdaşlığının yeni məzmununa nüfuzlu Çin mediaları tərəfindən göstərilən yüksək diqqətin ifadəsidir.

    VOA AZƏRTAC-a istinad edərək xəbər verir ki, məqalədə WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, təşkilatçılıq imkanlarının və davamlı şəhərsalma gündəliyinə töhfəsinin mühüm göstəricisi kimi qiymətləndirilir. Forumda təhlükəsiz, dayanıqlı, inklüziv və insan mərkəzli şəhərlərin qurulması məsələsinin qlobal müzakirənin mərkəzinə gətirildiyi xüsusi vurğulanır. Bu kontekstdə Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında həyata keçirdiyi bərpa-quruculuq işləri ölkənin müasir urbanizasiya yanaşmasının praktik nümunəsi kimi təqdim edilir. Forumun Qafqaz regionunda ilk dəfə keçirilməsi faktının özü Azərbaycanın coğrafi mövqeyini, sadəcə, Şərqlə Qərb arasında körpü kimi deyil, həm də qlobal şəhərsalma ideyalarının, davamlı inkişaf modellərinin və beynəlxalq əməkdaşlıq təşəbbüslərinin kəsişdiyi məkan kimi təqdim etməyə imkan yaradır.

    Müəllif Azərbaycan-Çin xəttinə də xüsusi diqqət yetirir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin təməlinin qoyulmasında tarixi rolu, Prezident İlham Əliyevin bu siyasəti yeni dövrün çağırışlarına uyğun uğurla davam etdirməsi, eləcə də Çin Xalq Respublikasının Sədri Si Cinpinlə formalaşmış yüksək etimad mühiti vurğulanır. Si Cinpinin WUF13-ə xüsusi nümayəndəsini göndərməsi, Çinin yüksəksəviyyəli nümayəndəsinin Prezident İlham Əliyevlə görüşməsi və forum çərçivəsində Şanxay mükafatının təqdimatı Çinin Bakı forumuna verdiyi mühüm əhəmiyyətin göstəricisi kimi dəyərləndirilir. Eyni zamanda, Çin təcrübəsi “ağıllı şəhər”lər, yaşıl urbanizasiya, rəqəmsal idarəetmə, dayanıqlı nəqliyyat və şəhər-kənd inteqrasiyası baxımından Azərbaycan üçün mühüm öyrənilə bilən təcrübə kimi göstərilir.

    Ümumilikdə məqalədə WUF13 Azərbaycanın beynəlxalq şəhərsalma gündəliyində fəal iştirakının, Bakının qlobal dialoq platforması kimi güclənməsinin və Azərbaycan-Çin əməkdaşlığının yeni istiqamətlər üzrə inkişaf potensialının ifadəsi kimi təqdim edilir. Bakı forumunun əsas mesajı ondan ibarətdir ki, gələcəyin şəhərləri yalnız texnologiya və infrastruktur üzərində qurulmamalı, şəhərlərin uğuru isə təkcə tikinti miqyası ilə deyil, insanların təhlükəsiz yaşayışı, iqlim risklərinə hazırlıq, sosial bərabərlik və şəhər mühitinin keyfiyyəti ilə ölçülməlidir. Onun əsas dayaqları təhlükəsizlik, sosial ədalət, iqlim dayanıqlılığı, ekoloji məsuliyyət və insan ləyaqətidir. Həmçinin mənzil artıq sadəcə olaraq sosial təminat məsələsi deyil, təhlükəsiz, inklüziv, dayanıqlı və insan mərkəzli şəhər modelinin əsas dayağıdır.

    Qeyd edək ki, “Sinxua” Çin Xalq Respublikasının ən mühüm informasiya agentliklərindən biri olmaqla, ölkənin rəsmi xəbər və informasiya məkanında xüsusi yer tutur və Çin haqqında xəbərlərin beynəlxalq auditoriyaya çatdırılmasında aparıcı platformalardan sayılır. Sosial media hesablarının ümumi izləyici sayı 1 milyardı ötür. “Jenmin Jibao” isə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin rəsmi qəzeti kimi Çinin ictimai-siyasi və ideoloji informasiya sistemində xüsusi nüfuza malikdir, onun çoxdilli onlayn platforması Çinin mövqeyinin və beynəlxalq gündəmin geniş oxucu auditoriyasına çatdırılmasında mühüm rol oynayır. Saytlar mobil tətbiqlər və sosial media kanalları üzrə 940 milyondan çox oxucuya malikdir.

    Bu baxımdan məqalənin hər iki nüfuzlu media resursunda yayımlanması WUF13-ün Bakı gündəliyinin beynəlxalq informasiya məkanında ciddi rezonans doğurduğunu, Azərbaycanın bu sahədəki uğurlarının geniş beynəlxalq auditoriyaya çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını göstərir.

    Məqalə ilə aşağıdakı linklərə keçid etməklə tanış ola bilərsiniz:

    https://russian.news.cn/20260610/5c470f8c1c494914b6aa38e7ff82c2d6/c.html

    https://russian.people.com.cn/n3/2026/0611/c31520-20466295.html

    Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb
    Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb
    #Azərbaycan #Bakı #Qarabağ #Şərqi Zəngəzur #Hümbət Musayev #Sinxua #Dünya Şəhərsalma Forumu #Jenmin Cibao #Ağıllı şəhər #Ağıllı kənd #Azərbaycan-Çin əməkdaşlığı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirib

    30 İyul 2026 18:24

    Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb

    30 İyul 2026 18:12

    Azərbaycanın Türkmənistandakı səfiri Aşqabad şəhərinin hakimi ilə görüşüb

    30 İyul 2026 17:41

    "Qarabağ" bu gün CSKA ilə qarşılaşacaq

    30 İyul 2026 10:43

    Türk gənclərinin ilk dayanacağı Azərbaycandır

    30 İyul 2026 10:38

    Azərbaycanın Macarıstana yeni səfiri təyin edilib

    29 İyul 2026 20:39

    "İsfa" MMC məhsullarını Rusiya, Qırğızıstan və BƏƏ-yə ixrac edir

    29 İyul 2026 20:26

    Azərbaycanda ilk dəfə UCB-1 calaqaltısı üzərində kütləvi püstə tingi istehsalına nail olunub

    29 İyul 2026 20:23

    "Azərbaycan şirkəti Dağıstanda Aqropark salacaq"

    29 İyul 2026 20:13

    Sahibə Qafarova Efiopiya Baş naziri ilə görüşüb

    29 İyul 2026 18:39

    Sahibə Qafarova Efiopiya Federasiya Palatasının sədri ilə görüşüb

    29 İyul 2026 15:40

    Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

    28 İyul 2026 18:44
    XƏBƏR LENTİ

    Google Anthropic-in 15 milyard dollarlıq məlumat mərkəzi layihəsini dəstəkləyir

    İranla bağlı qətnamə Senatda kifayət qədər dəstək qazanmayıb

    İran Bəhreyndəki ABŞ hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

    OpenAI kiçik və orta səviyyəli süni intellekt modellərinin qiymətlərini kəskin endirib

    ABŞ İranın "Mahan Air" aviaşirkətini dəstəkləyən şəbəkələrə qarşı yeni sanksiyalar tətbiq edib

    Pakistan və Səudiyyə Ərəbistanının XİN başçıları Qırmızı dəniz və Bab əl-Məndəb boğazındakı vəziyyəti müzakirə ediblər

    Qətər İrlandiyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını alqışlayıb

    ABŞ qabaqcıl süni intellekt modelləri üçün yeni təhlükəsizlik qaydaları hazırlayır

    Küveyt Səudiyyə Ərəbistanının dəniz alyansı təşəbbüsünə dəstək verir

    İsrail ordusu Livanın cənubundakı yaşayış məntəqəsini bombalayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.