#Azərbaycan mətbuatı

MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi yad olunub. Çıxış edənlər Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolunu və media siyasətinin uğurla davam etdirildiyini vurğulayıblar. Tədbirdə peşəkar jurnalistikanın inkişafı, informasiya təhlükəsizliyi və etik media prinsiplərinin əhəmiyyəti qeyd olunub. Milli Məclisin deputatı Vüqar Rəhimzadə və Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova mətbuatın cəmiyyət üçün rolundan danışıblar. AZTV-nin sədr müavini Rafiq Həşimov televiziya və radionun maarifləndirici missiyasını önə çəkib. Sonda milli mətbuatın tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib və tədbir bədii proqramla davam edib.