Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan bu əlamətdar gün Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, latın qrafikalı əlifbanın tam tətbiqi və ana dilinin gələcək nəsillərə saf şəkildə ötürülməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi idi.
#Azərbaycan dili
Azərbaycan ilə Misir arasında münasibətlər son illərdə siyasi, iqtisadi və humanitar sahələrdə əhəmiyyətli dərəcədə inkişaf edib. Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov bildirib ki, təşkilatın əsas məqsədi iki ölkə xalqları arasında humanitar və mədəni əlaqələri möhkəmləndirməkdir. Cəmiyyətin nəzdində fəaliyyət göstərən kurslarda 61 ölkədən 670-dən çox tələbə ödənişsiz təhsil alır və proqram Azərbaycan dili, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti kimi sahələri əhatə edir. Nəsirov qeyd edib ki, qloballaşan dünyada xalqlar arasında dialoq və əməkdaşlıq, eləcə də Azərbaycanın beynəlxalq təşəbbüsləri böyük rol oynayır. Bu fəaliyyətlər həm mədəni, həm də humanitar əlaqələrin inkişafına töhfə verir və iki ölkənin əməkdaşlıq imkanlarını genişləndirir.
Misir-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin dördüncü kursunda Azərbaycan dilini öyrənən və yüksək nəticələr göstərmiş tələbələrin mükafatlandırılması münasibətilə tədbir təşkil olunub.
Dilimiz bizim tarixi yaddaşımız, dövlətçiliyimizin təməlidir
Dövlət İmtahan Mərkəzi fəaliyyət istiqamətlərinə uyğun olaraq ictimaiyyətin hərtərəfli məlumatlandırılması və maarifləndirmə işinin təşkili məqsədilə müxtəlif tədbirlər həyata keçirir.Dövlət İmtahan Mərkəzi sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni bir layihəyə start verir.