#Misir-Azərbaycan Dostluq Cəmiyyəti

Azərbaycan ilə Misir arasında münasibətlər son illərdə siyasi, iqtisadi və humanitar sahələrdə əhəmiyyətli dərəcədə inkişaf edib. Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov bildirib ki, təşkilatın əsas məqsədi iki ölkə xalqları arasında humanitar və mədəni əlaqələri möhkəmləndirməkdir. Cəmiyyətin nəzdində fəaliyyət göstərən kurslarda 61 ölkədən 670-dən çox tələbə ödənişsiz təhsil alır və proqram Azərbaycan dili, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti kimi sahələri əhatə edir. Nəsirov qeyd edib ki, qloballaşan dünyada xalqlar arasında dialoq və əməkdaşlıq, eləcə də Azərbaycanın beynəlxalq təşəbbüsləri böyük rol oynayır. Bu fəaliyyətlər həm mədəni, həm də humanitar əlaqələrin inkişafına töhfə verir və iki ölkənin əməkdaşlıq imkanlarını genişləndirir.

Misirin Qahirə Universitetində dahi Azərbaycan şairi Səməd Vurğunun "Azərbaycan" şeiri səsləndirilib. Təşəbbüs Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tərəfindən həyata keçirilib.

Misir Ərəb Respublikasında Şəriflər İttifaqının sədri Əs-Seyyid Mahmud Əl-Şərif Misir-Azərbaycan Dostluq Cəmiyyətinin və bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovu elm və biliyə xidmət sahəsində səmərəli fəaliyyəti, tolerantlıq dəyərlərinin təşviqi və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi mühüm töhfələrə görə “Peyğəmbərin Möhürü” ordeni ilə təltif edib.

Qahirə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində müxtəlif fənlər üzrə təşkil olunan kurslarda ödənişsiz təhsil alan uşaqlara diplomların təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə çıxış edən Cəmiyyətin İdarə Heyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, həyata keçirilən bu cür maarifləndirici və mədəni layihələr xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, eləcə də mədəni və elmi əlaqələrin inkişafına mühüm töhfə verir.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, diaspora rəhbəri tədqiqatçı-alim Seymur Nəsirov çıxışında iki ölkə arasında mövcud olan əlaqələrin tarixindən danışıb. Qeyd edib ki, Azərbaycan əsilli məşhur alimlər, sənətkarlar, sərkərdələr Misirdə, ümumiyyətlə İslam dünyasının inkişafına böyük töhfələr veriblər. Bu kontekstdə diaspora rəhbəri İslam coğrafiyasının işğalçılardan qorunmasında böyük qəhrəmanlıq göstərmiş Nurəddin əz-Zəngi və Səlahəddin Əyyubinin adlarını qeyd edib. S.Nəsirov Misir və Azərbaycan arasında coğrafi baxımdan uzaq məsafəyə baxmayaraq, hər iki ölkənin xalqlarını bir-birinə tarixən sıx elmi və mədəni əlaqələrin bağladığını diqqətə çatdırıb.

Misir-Azərbaycan Dostluq Cəmiyyəti xalqlar arasında mədəni və humanitar körpüdür və bu sahədə ən fəal təşkilatlardan biridir. Cəmiyyətimizdə bəlağət, ərəb dili, Azərbaycan dili, Qurani-Kərim qiraətləri, eləcə də müxtəlif peşələr pulsuz öyrədilir. Bu kursları uğurla başa vuranlara diplomlar verilir. Bunu Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi tədqiqatçı-alim Seymur Nəsirov Birləşmiş Ərəb Əmirliklərinin “Nabd əl-İmarat” qəzetinə müsahibəsində deyib.

Azərbaycanlı tədqiqaçı-alim Seymur Nəsirov Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında elmi - mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Misir Təhsil Nazirliyinin medalı ilə təltif olunub. Mükafatı Bakıda Misir Mədəniyyət Mərkəzinin direktoru professor Tariq Əbu Əl-Futuh təqdim edib. S.Nəsirov Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmtəsisçisi və həmsədridir. Misirdə 23 il ərzində onun rəhbərlik etdiyi müəssisələrdə dünyanın əksər ölkələrindən olan minlərlə tələbə təhsil alaraq ölkələrinə qayıdıb. Hazırda dünyanın 65 ölkəsindən Misirdə təhsil alan 1700-dən çox tələbə bu müəssisələrdə təhsillərini davam etdirirlər.

Misir Prezidenti Əbdül Fəttah əl-Sisi azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirovu birinci dərəcəli “Elm və Fənlər” ordeni ilə təltif edib. Misir Prezidentinin şəxsən özü tərəfindən təqdim olunan bu orden elmin inkişafı və yayılması sahəsində müstəsna xidmətləri olmuş görkəmli alim və maarifpərvər şəxslərə verilir. S.Nəsirov Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmtəsisçisi və həmsədridir. Misirdə 23 il ərzində onun rəhbərlik etdiyi müəssisələrdə dünyanın əksər ölkələrindən olan minlərlə tələbə təhsil alıb ölkələrinə qayıdıb. Hal-hazırda dünyanın 65 ölkəsindən Misirdə təhsil alan 1700-dən çox tələbə bu müəssisələrdə təhsillərini davam etdirirlər.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan və Misirin Xarici İşlər naziri Bədir Əbdülati, Misirdə keçirdikləri görüşdən sonra birgə mətbuat konfransı təşkil ediblər. Görüşdə bölgə məsələləri, xüsusilə Suriya və Fələstindəki vəziyyət əsas gündəm mövzuları olub. Nazir Əbdülati çıxışında bildirib ki, Misir və Türkiyə Suriyanın ərazi bütövlüyünə və bütünlüyünə dəstək verir, eyni zamanda heç kimi istisna etməyən daxili siyasi həllin vacibliyi mövzusunda razılığa gəliblər.