Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Qətər
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Körfəz Əməkdaşlıq Şurası
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    XRİTDX “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verib

    3 Fevral 2026 17:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    XRİTDX “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və dəstəyi ilə Bakı Ali Neft Məktəbində (BANM) “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının fəaliyyətə başlaması ilə əlaqədar açılış mərasimi keçirilib.

    AzerVoice xəbər verir ki, tədbirdə XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi general-mayor Davud Rüstəmov, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, BANM-in rektoru Elmar Qasımov, İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov, Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun (ICI Bucharest) elmi direktru Carmen Elena Cirnu və digər qonaqlar iştirak ediblər.

    “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası XRİTDX ilə BANM arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın aidiyyəti tələblərinə uyğun olaraq qurulub. Laboratoriyanın texniki imkanlarının artırılması, xüsusi proqram təminatları və əlavə avadanlıqlarla təchiz edilməsi istiqamətində işlər İqtisadiyyat Nazirliyi ilə birgə davam etdiriləcəkdir.

    Yaradılmış laboratoriya universitetdə təhsil alan tələbə, müəllim və tədqiqatçılarla yanaşı, dövlət qurumlarının əməkdaşlarının istifadəsi üçün də nəzərdə tutulub. Burada mütəxəssislər beynəlxalq standartlara uyğun kiberinsident ssenariləri üzərində birgə işləmək, XRİTDX tərəfindən təşkil olunacaq təlimlərdə iştirak etmək və praktik təcrübə əldə etmək imkanı qazanacaqlar. Bu yanaşma laboratoriyanı tədris məkanı ilə yanaşı, kibertəhlükəsizlik üzrə əməliyyat hazırlığının yoxlanıldığı və təkmilləşdirildiyi test platformasına — kadr hazırlığı bazasına çevirir.

    Laboratoriyanın açılış mərasimindən sonra NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində XRİTDX-nin və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə icra olunan “Cyber Polygon” layihəsi üzrə ilk təlim keçirilib. “Cyber Polygon” XRİTDX-nin beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi qabaqcıl kibertəlim və sınaq platformasıdır. Bu platforma vasitəsilə kritik informasiya infrastrukturlarına yönəlmiş real kiberhücum ssenariləri modelləşdirilir, müdafiə mexanizmləri sınaqdan keçirilir və insidentlərə operativ reaksiya bacarıqları formalaşdırılır.

    “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası ali təhsil müəssisəsində informasiya təhlükəsizliyi sahəsində praktik yönümlü tədrisin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

    #Azərbaycan #XRİTDX #Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) #Bakı Ali Neft Məktəbi (BANM) #İnformasiya Təhlükəsizliyi Testləri laboratoriyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi açıqlanıb

    17 Avqust 2026 15:54

    Mediatorların təlimi necə təşkil olunmalıdır?

    17 Avqust 2026 11:14

    Azərbaycanın Ermənistana mal ixracının dəyəri açıqlanıb

    17 Avqust 2026 10:48

    Azərbaycan təbii qaz ixracını artırıb

    17 Avqust 2026 10:35

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndərilib

    15 Avqust 2026 11:15

    Azərbaycandan Türkiyəyə altı ayda 1,3 milyard dollarlıq təbii qaz ixrac edilib

    14 Avqust 2026 11:14

    Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib

    14 Avqust 2026 10:19

    Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb

    13 Avqust 2026 16:23

    Azərbaycan diaspor gəncləri Cenevrədə beynəlxalq platformada təmsil olunur

    13 Avqust 2026 16:05

    Suriya altı ayda Azərbaycandan 194 milyon dollarlıq təbii qaz alıb

    13 Avqust 2026 12:05

    Dərnəgül deposunun tam istismara veriləcəyi tarix açıqlanıb

    13 Avqust 2026 11:19

    Azərbaycan nefti ucuzlaşıb

    13 Avqust 2026 09:53
    XƏBƏR LENTİ

    Bu gün Qorbaçova qarşı çevriliş cəhdi başladı

    Tarixdə bu gün –18 Avqust

    BMT İsrail məskunlarının mühasirəsində olan ailələrə yardım göstərib

    İsrailin Livanın cənubuna hücumlarında kəskin artım qeydə alınıb - BMT

    İran ABŞ-la zəruri hesab etdiyim razılaşmanı bağlamayacaq - Tramp

    Trampdan Omana şok təhdid - Mane olsanız, bombalayacağıq

    Oman sahildə qalan gəmidən yayılan neftin qarşısını almaq üçün tədbirləri gücləndirib

    İsrail prezidenti Qəzza planı ilə bağlı səyləri dəstəkləyib

    Hörmüz boğazından gəmi keçidləri kəskin azalıb

    Ukrayna Avropa İttifaqını “Rosatom”a qarşı sanksiya tətbiq etməyə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.