Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və dəstəyi ilə Bakı Ali Neft Məktəbində (BANM) “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının fəaliyyətə başlaması ilə əlaqədar açılış mərasimi keçirilib. “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası XRİTDX ilə BANM arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın aidiyyəti tələblərinə uyğun olaraq qurulub. Laboratoriyanın texniki imkanlarının artırılması, xüsusi proqram təminatları və əlavə avadanlıqlarla təchiz edilməsi istiqamətində işlər İqtisadiyyat Nazirliyi ilə birgə davam etdiriləcəkdir.