Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Cevdet Yılmaz TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib

    24 Dekabr 2025 13:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Cevdet Yılmaz TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) mənzil-qərargahını ziyarət edib və Baş katib səfir Ramil Həsənlə görüşüb.

    AzerVoice xəbər verir ki, nümayəndə heyətini salamlayan Baş katib Ramil Həsən Bakıda yenidən görüşmək fürsətindən məmnunluğunu bildirib. Bundan əvvəlki görüşün Türkiyədə baş tutduğunu xatırladan Baş katib, konstruktiv dialoqun davam etdirilməsinin institusional əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verən müsbət addım olduğunu vurğulayıb.

    Baş katibin vəzifələrinin icrasına başlamasından sonra baş tutan bu ziyarətdə ticarət naziri Ömer Bolat, ailə və sosial xidmətlər naziri xanım Mahinur Özdemir Göktaş, Türkiyə Böyük Millət Məclisinin üzvləri, diplomatik nümayəndəliklər və yüksək vəzifəli rəsmilərin də daxil olduğu heyət iştirak edib.

    Ziyarət çərçivəsində vitse-prezident Cevdet Yılmaz və Ramil Həsən arasında ikitərəfli görüş baş tutub. Baş katib vitse-prezidentə səlahiyyətlərinin icrasına başladıqdan sonra həyata keçirilən fəaliyyətlər barədə məlumat verib, üzv dövlətlərin Xarici İşlər nazirlikləri ilə qurulmuş güclü və institusionallaşdırılmış əlaqələri vurğulayıb. O, daha sonra TÜRKPA-nın türk dövlətlərinin üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq təşəbbüsləri barədə ətraflı məlumat verib. Bu kontekstdə, Baş katib ATƏT Parlament Assambleyasının 23-cü Payız Sessiyası çərçivəsində keçirilən milli nümayəndə heyətlərinin koordinasiya görüşünə xüsusilə diqqət çəkib.

    Daha sonra vitse-prezident Cevdet Yılmazın sədrliyi ilə nümayəndə heyəti ilə birgə görüş keçirilib. Görüş zamanı Baş katib iştirakçılara dövlət başçılarının qeyri-rəsmi zirvə görüşlərinin uğurlu təcrübəsinə əsaslanaraq parlament sədrlərinin illik qeyri-rəsmi görüşlərinin keçirilməsi təşəbbüsü barədə məlumat verib. O, həmçinin Türk Dövlətləri Təşkilatında olduğu kimi TÜRKPA-da da fəaliyyətdə olan sədrliyin rotasiya əsasında dövr etdiyini və hazırda Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanovun Assambleyanın Fəaliyyətdə olan sədri olduğunu qeyd edib. Bununla yanaşı, Baş katib TÜRKPA Parlament sədrlərinin ilk qeyri-rəsmi görüşünün 2026-cı ilin aprel ayında İstanbulda keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun ev sahibliyi ilə təşkil edilməsinin planlaşdırıldığını qeyd edib.

    Baş katib Ramil Həsən nümayəndə heyətini Macarıstan və Özbəkistana son səfərləri barədə də məlumatlandıraraq Özbəkistan Ali Məclisinin TÜRKPA-ya üzvlüyü istiqamətində göstərdiyi dəstəyə görə vitse-prezident Cevdet Yılmaza minnətdarlığını ifadə edib.

    Vitse-prezident Cevdet Yılmaz çıxışında Türk Dövlətləri Təşkilatının davamlı şəkildə inkişaf etdiyini vurğulayıb və TÜRKPA daxilində təmsil olunan parlamentlərin legitimlik və təmsilçilik baxımından ən inklüziv struktur təşkil etdiyini qeyd edib. O, TÜRKPA-nın regional inteqrasiya və əməkdaşlığa əhəmiyyətli töhfə verdiyini qeyd edərək bu günə qədər TÜRKPA-da xidmət etmiş şəxslərə təşəkkürünü bildirib və Ramil Həsənin səlahiyyət müddətinin onun peşəkarlığı və təcrübəsi sayəsində Assambleya üçün fərqli və dinamik mərhələ olacağına əminliyini ifadə edib.

    Vitse-prezident Cevdet Yılmaz Baş katib Ramil Həsəni Xarici İşlər nazirlikləri ilə əməkdaşlığın gücləndirilməsi, Özbəkistanın üzvlüyü istiqamətində atılan addımlar və Şimali Kipr Türk Respublikası ilə qurulan sıx əlaqələr münasibətilə təbrik edib. O, həmçinin TÜRKPA parlament sədrlərinin planlaşdırılan qeyri-rəsmi görüşünün də faydalı olacağını da qeyd edib.

    Ziyarət proqramı çərçivəsində Cevdet Yılmazın əlamətdar ziyarətinin xatirəsinə Katibliyin daxili həyətyanı sahəsində zeytun ağacı əkilib.

    Görüşdə TÜRKPA Beynəlxalq Katibliyindən Baş katibin müavinləri Talgat Aduov, Sakı Sadıkov və Muhammet Alper Hayali, həmçinin komissiya katibləri Aynurə Abutalıbova, Bauırjan Datkayev, Aygerim Taalaybekova və Kadir Yaman iştirak ediblər.

    Cevdet Yılmaz TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib
    Cevdet Yılmaz TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib
    Cevdet Yılmaz TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib
    Cevdet Yılmaz TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib
    Cevdet Yılmaz TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib
    #Cevdet Yılmaz #Türk Dövlətləri Təşkilatı #ATƏT Parlament Assambleyası #Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) #türk dövlətləri arasında əməkdaşlıq #TÜRKPA mənzil-qərargahı ziyarəti #Türkiyə vitse-prezidenti TÜRKPA #Türk Dövlətləri Parlament Assambleyası Bakı #Ramil Həsən
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    “Terrorsuz Türkiyə” hədəfi reallaşacaqmı? - Ərdoğan gündəmə dair açıqlamalar verib

    16 May 2026 18:00

    Ankarada veriləcək qərarlar NATO-nun gələcəyini dəyişəcəkmi? Ərdoğan diqqətçəkən mesajlar verdi

    16 May 2026 15:31

    TÜRKPA baş katibi Ramil Həsən Türk Dövlətləri təşkilatı zirvəsində iştirak edib

    15 May 2026 21:16

    TDT çərçivəsində texnologiya sahəsində əməkdaşlığı mümkün olan ən yüksək səviyyəyə çatdırmaq lazımdır - Ərdoğan

    15 May 2026 18:17

    Ərdoğan Mirziyoyev ilə regional məsələləri müzakirə edib

    15 May 2026 13:44

    Ərdoğan Qazaxıstanda rəsmi mərasimlə qarşılanıb

    14 May 2026 11:42

    Türkmənistanda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

    10 May 2026 10:30

    Aral və Xəzər üçün ortaq çağırış - Türk dövlətləri ilk ortaq sənədli filmə imza atır

    29 Aprel 2026 15:00

    TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib

    24 Aprel 2026 22:41

    Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

    18 Aprel 2026 17:25

    Qlobal sistemdə islahatlar aparmaq və praktiki regional əməkdaşlığın inkişafı üzərində işləmək lazımdır - Cevdet Yılmaz

    17 Aprel 2026 13:12

    TÜMER-dən Türk Dövlətləri Təşkilatı ölkələrinin QHT platformasına səfər

    16 Aprel 2026 10:55
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 2 İyun

    Tramp deyir ki, İranla danışıqlar “sürətli tempdə” davam edir

    Tramp: Netanyahu və Hizbullahla Livanda atəşkəs barədə danışmışam

    Ali rəhbərin müşaviri: İran dəniz blokadasına və Livandakı gərginliyə dözməyəcək

    Netanyahu və Tramp arasında gərginlik fonunda mühüm telefon danışığı baş tutdu

    Tramp: İranla danışıqların bitməsi məni narahat etmir

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

    Avropa İttifaqı rəsmisi: Pakistan “böyük miqyaslı müharibənin” qarşısını alıb

    Tramp: İranla “razılaşma” yaxın zamanda mümkün ola bilər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.