#Türk Dövlətləri Parlament Assambleyası Bakı

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) mənzil-qərargahını ziyarət edib və Baş katib səfir Ramil Həsənlə görüşüb. Nümayəndə heyətini salamlayan Baş katib Ramil Həsən Bakıda yenidən görüşmək fürsətindən məmnunluğunu bildirib. Bundan əvvəlki görüşün Türkiyədə baş tutduğunu xatırladan Baş katib, konstruktiv dialoqun davam etdirilməsinin institusional əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verən müsbət addım olduğunu vurğulayıb