Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Energetika naziri Vaşinqtonda Azərbaycan-ABŞ enerji tərəfdaşlığının inkişafında Ulu Öndərin rolundan danışıb

    12 Dekabr 2025 10:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Energetika naziri Vaşinqtonda Azərbaycan-ABŞ enerji tərəfdaşlığının inkişafında Ulu Öndərin rolundan danışıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Energetika naziri Pərviz Şahbazov ABŞ-nin Corc Vaşinqton Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Anım Günü”nə həsr olunmuş tədbirdə çıxış edib.

    AzerVoice xəbər verir ki, nazir çıxışında bildirib ki, Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətləri olmuş liderdir. Ümummilli Liderin Birləşmiş Ştatlarla etibarlı və sabit tərəfdaşlıq yaratmağa xidmət edən səyləri nəticəsində enerji, təhlükəsizlik və iqtisadi əməkdaşlığın strateji çərçivəsinin formalaşdığı vurğulanıb. Heydər Əliyevin strateji düşüncəsinin məhsulu olaraq 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan-ABŞ enerji tərəfdaşlığının ilk nailiyyəti, Xəzər dənizinin enerji resurslarının beynəlxalq bazarlara çıxarılması ilə bağlı bütün proseslərdə ABŞ-nin yaxından iştirakının başlanğıcı kimi qiymətləndirilib. “Ümummilli Liderin sözləri ilə desək, mənə elə gəlir ki, bunu ilk dəfə Amerikada "Əsrin müqaviləsi" adlandırdılar. Birləşmiş Ştatların dəstəyi olmasaydı, biz 1994-cü ildə ilk müqaviləni, Bakı-Ceyhan neft borusu haqqında sazişi imzalaya bilməzdik,” - deyə nazir Ulu Öndərdən sitat gətirib. “Əsrin müqaviləsi”nin ardınca Ağ Evdə hər iki ölkənin neft şirkətləri arasında dörd müqavilənin imzalanması, həmçinin ABŞ-nin dəstəyi ilə Bakı- Supsa, Bakı-Tbilisi-Ceyhan Cənub Qaz Dəhlizi layihələrinin reallaşması enerji tərəfdaşlığımızın uğurlu nümunələri kimi qeyd olunub.

    Həmçinin vurğulanıb ki, Ümummilli Liderin irsinin layiqli davamçısı kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ABŞ Prezidenti cənab Donald Trampın liderliyi ilə hazırda münasibətlərimiz möhkəmlənir, enerji tərəfdaşlığımız isə yeni strateji mərhələyə qədəm qoyub.

    Tədbirdə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, ADA Universitetinin rektoru Hafiz Paşayev, millət vəkili, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov da çıxış edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilən “İz” filmi nümayiş olunub.

    #Azərbaycan #ABŞ #Pərviz Şahbazov #Energetika Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    31 Avqust 2026 12:14

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    31 Avqust 2026 11:54

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    31 Avqust 2026 10:30

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    31 Avqust 2026 09:37

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54

    İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

    29 Avqust 2026 18:52

    İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub-şərqində silahlı qrupa qarşı əməliyyat keçirib

    29 Avqust 2026 18:16

    Yaponiya ordu quruculuğunda tarixi addım atır - Konstitusiyanın sülh maddəsi arxada qalır

    29 Avqust 2026 18:00

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57
    XƏBƏR LENTİ

    Dünyanın ən yaxşı reqbiçiləri Dubayda - HSBC SVNS 2027 seriyasının açılışı olacaq

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    Səudiyyə Kosmik Agentliyindən 2026–2030-cu illər üzrə astronomik proqnoz

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.