Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Yaşıl gələcək naminə aksiyası davam etdirilir

    2 Dekabr 2025 19:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yaşıl gələcək naminə aksiyası davam etdirilir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Dekabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin Anım günü münasibətilə keçirilən “Yaşıl gələcək naminə” aksiyası Biləsuvar, Hacıqabul, Neftçala, Salyan, İmişli rayonları və Şirvan şəhərində yerləşən 40-dan çox dini ibadət yerində davam edib.

    AzerVoice xəbər verir ki, İmişli şəhəri “Cümə” məscidində keçirilən ağacəkmə aksiyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, din xadimləri və dini icma sədrləri iştirak ediblər. Aksiyada torpaq-iqlim şəraitinə uyğun ağac tingləri əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.

    Qeyd edək ki, Bakı şəhəri, Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla ölkənin bütün bölgələrini əhatə edən aksiya müxtəlif konfessiyalar arasında həmrəyliyin, ictimai birlik ruhunun daha da gücləndirilməsinə töhfə vermək, dini icma üzvlərinin və ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyır.

    #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Ramin Məmmədov #Ümummilli Lider Heydər Əliyevin Anım günü #Yaşıl gələcək naminə aksiyası #İmişli şəhəri Cümə məscidi #İmişli Rayon İcra Hakimiyyəti #Elçin Rzayev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

    27 Avqust 2026 18:37

    Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib

    3 Avqust 2026 18:32

    Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

    20 İyul 2026 18:04

    Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb

    9 İyul 2026 16:39

    Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb

    8 İyul 2026 11:47

    Ramin Məmmədov I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimində iştirak edib

    7 İyul 2026 16:32

    Şuşada mühüm sənəd imzalandı

    30 İyun 2026 16:21

    Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir

    25 İyun 2026 10:13

    Ramin Məmmədov 30-cu Beynəlxalq Berlin Toplantısının rəsmi açılış mərasimində iştirak edib

    12 İyun 2026 15:46

    Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib

    4 İyun 2026 16:37

    Türkiyədə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium keçirilir

    8 May 2026 15:51

    Şuşa və Ağdam məscidlərinə yeni imam müavinləri təyin olunub

    7 May 2026 10:51
    XƏBƏR LENTİ

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.