#İmişli Rayon İcra Hakimiyyəti

Dekabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin Anım günü münasibətilə keçirilən “Yaşıl gələcək naminə” aksiyası Biləsuvar, Hacıqabul, Neftçala, Salyan, İmişli rayonları və Şirvan şəhərində yerləşən 40-dan çox dini ibadət yerində davam edib.