Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Metronun “B-04” stansiyasının tikintisində növbəti mərhələ – Havalandırma və soyutma sistemləri quraşdırılır

    25 Sentyabr 2025 10:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Metronun “B-04” stansiyasının tikintisində növbəti mərhələ  – Havalandırma və soyutma sistemləri quraşdırılır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Bənövşəyi xəttin layihə adı “B-04” olan stansiyasında tikinti işlərinin növbəti mərhələsinə start verilib. Tikinti işlərinin gedişi ilə yerində tanış olmaq üçün əraziyə mediatur təşkil olunub.

    AzerVoice xəbər verir ki, bildirilib ki, bu mərhələdə inşaatla yanaşı, stansiyanın daxili infrastrukturunun qurulmasına da başlanılıb. Hazırda xidməti sahələr və otaqların tikintisi, arakəsmələrin quraşdırılması, üzləmə işlərinə hazırlıq tədbirləri həyata keçirilir. Mərtəbələr üzrə eskalatorların quraşdırılması artıq başa çatıb, onların sazlama və sınaq işləri isə inşaatın yekun mərhələsində icra olunacaq. Paralel olaraq havalandırma və soyutma sistemlərinin, o cümlədən güclü ventilyatorların quraşdırılmasına başlanılıb.

    Bundan başqa, platformaaltı səviyyədə qrunt sularının toplanması üçün dərinliyi 7 metr olan 3 xüsusi anbar inşa olunub. Hər bir quyudan suların xaric edilməsi məqsədilə suvurma sistemləri və daimi kommunikasiya xətləri çəkilir.

    Elektrik yarımstansiyası üçün dünyanın aparıcı istehsalçılarından gətirilmiş avadanlıqlar artıq quraşdırılır. Yeddi vaqonlu qatarların qəbul ediləcəyi sərnişin platformasının uzunluğu 144 metr olacaq. Buradan “8 Noyabr” stansiyasına qədər 1010 və 1021 metr uzunluğunda hər iki tuneldə dəmir yolu xətləri çəkilib.

    Yollar Bakı Metropoliteninin öz istehsalı olan dəmir-beton bloklar üzərində salınıb. Tunellərdə işıqlandırma sistemi və yüksək gərginlik üçün güc kabellərinin çəkilişi başa çatdırılıb. Hazırda təmas relslərinin quraşdırılması, həmçinin qatarların hərəkətini təmin edəcək işarəvermə sistemlərinin montajına hazırlıq işləri aparılır.

    Qeyd edək ki, Bakı metropoliteninin istifadəyə veriləcək 28-ci, Bənövşəyi xəttin isə 5-ci stansiyası Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə – Cəlil Məmmədquluzadə küçəsində yerləşir.

    Ərazinin relyefi nəzərə alınaraq 29–31 metr dərinlikdə inşa olunan “B-04” stansiyası 167,7 metr uzunluğa malik olub, 4 səviyyədən ibarətdir. Səviyyələrarası keçidlər üçün 19 eskalator, fiziki imkanları məhdud sərnişinlər üçün isə 5 lift nəzərdə tutulub. Stansiyanın ümumilikdə 4 giriş-çıxışı olacaq. Hazırda onların ikisinin inşası başa çatdırılıb, digərlərində isə işlər davam etdirilir.

    #Metro #28 May metrostansiyası #Bakı Metropoliteni #AZCON Holding
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - Vasif Məmmədov

    6 İyul 2026 12:49

    AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub

    26 İyun 2026 10:51

    Şeyx Məhəmməd Dubay Metrosunun “Göy xətt” tunellərinin inşasına start verdi

    3 May 2026 13:31

    Bakı metropoliteni aprelin 22-nə olan hərəkət qrafiki ilə bağlı açıqlama yayıb

    21 Aprel 2026 23:54

    Bakı metropoliteninin fəaliyyəti bərpa olunub

    21 Aprel 2026 15:20

    Bakı metrosunda nasazlıq aradan qaldırılır: fəaliyyət yaxın saatda bərpa olunacaq

    21 Aprel 2026 13:10

    Bakı metrosu martda 18 milyondan çox sərnişinə xidmət göstərib

    4 Aprel 2026 12:11

    Metronun Qırmızı xəttində texniki nasazlıq baş verib

    24 Fevral 2026 12:01

    Azərbaycan və Çin metrologiya sahəsində əməkdaşlıq edəcək

    11 Fevral 2026 13:14

    964 Əlaqə Mərkəzinə yanvar ayında mindən çox müraciət daxil olub

    5 Fevral 2026 16:09

    “SİMA İmza” “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiya edilib

    4 Fevral 2026 16:02

    Azərkosmos yeni Anlaşma Memorandumu imzalayıb

    29 Yanvar 2026 17:24
    XƏBƏR LENTİ

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.