#Bakı Metropoliteni

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Bakı Metropoliteni QSC mart ayı ərzində 18 milyondan çox sərnişinə xidmət göstərib. Bayram günlərində isə mərkəz istiqamətində sərnişin axınında kəskin artım müşahidə olunub. 21–22 mart tarixlərində Sahil metro stansiyası ən çox istifadə edilən stansiya olub və gündəlik orta göstəricidən 51 faiz daha çox sərnişin qəbul edib.

Yanvar ayı ərzində Bakı Metropoliteninin 964 Əlaqə mərkəzi vətəndaş müraciətlərinin operativ, effektiv və sistemli şəkildə cavablandırılmasını təmin edib. Əlaqə mərkəzinin operativlik göstəriciləri də yüksək səviyyədə olub. Statistikaya əsasən, daxil olan zənglərin 98 faizi ilk cəhddən və 30 saniyə ərzində cavablandırılıb. Xətdə orta gözləmə müddəti isə cəmi 5 saniyə təşkil edib.

İnnovativ yanaşmalarla davamlı inkişaf xəttini gücləndirən Bakı Metropoliteni 2024-cü ili əhatə edən ilk “Dayanıqlılıq Hesabatı”nı hazırlayıb. Hesabat beynəlxalq Qlobal Hesabat Təşəbbüsü standartlarına uyğun tərtib olunub və müəssisənin şəffaflıq, hesabatlılıq və uzunmüddətli inkişaf prinsiplərinə sadiqliyini əks etdirir. Sənəddə korporativ idarəetmə, əməkdaşların sosial rifahı, təhlükəsizlik, sərnişinlərə göstərilən xidmətin keyfiyyəti, eləcə də ətraf mühit, sosial və idarəetmə sahələrində görülən işlər yer alıb.

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək. Anım tədbirlərinin keçiriləcəyi “20 Yanvar”, həmçinin Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət mexanizmləri tətbiq ediləcək.

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Yaşıl xətt üzrə yerləşən “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə start verilir. 1985-ci ildə istismara verilmiş stansiyanın sözügedən keçidində istismar müddətini başa vurmuş, eləcə də korroziyanın təsirlərinə məruz qalmış kabançik tipli divar üzlükləri və döşəmə örtüyü yenilənəcək.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Bakı Metropoliteni tərəfindən silsilə bayram tədbirləri keçiriləcək. Sərnişinlərin bayram günlərində böyük maraq və rəğbətlə qarşıladığı retro vaqonlar yenidən “İçərişəhər” stansiyasında nümayiş olunacaq.

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC 8 noyabrda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Zəfər Gününə həsr edilmiş hərbi parad və konsert proqramı ilə əlaqədar mərkəzi ərazilərə yaxın yerləşən “İçərişəhər”, “Sahil” və “28 May” xüsusi qaydada olmaqla, bütün stansiyalarda növbətçilik cədvəli əsasında nəzarət mexanizmləri gücləndiriləcək.

AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC noyabrın 5-də "Qarabağ" Futbol Klubunun UEFA Çempionlar Liqası turniri çərçivəsində oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək. Metropoliten "Gənclik" stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça görə gücləndirilmiş qaydada fəaliyyət göstərəcək.

Texnoloji yeniliklər və müasir tendensiyalarla ayaqlaşan Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəyə biləcəklər. Paralel olaraq “BakıKart”, “BirBank” və “M10”la ödəniş qüvvədə saxlanılır.

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" Futbol Klubunun növbəti matçı ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Bildirilib ki, Oktyabrın 1-də "Gənclik" stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçla əlaqədar paytaxtımızda təşkil edilən kütləvi tədbirlər və Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi tətbiq olunacaq.