#AZCON Holding

2025-ci ildə AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları rəqəmsal transformasiyanı inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevirərək diqqəti sərnişinlərin komfortuna, rəqəmsal infrastrukturun davamlılığına və birbaşa onlayn satış kanallarının inkişafına yönəldib. İl ərzində bilet alışı və ödəniş prosesi daxil olmaqla, səyahətin hər mərhələsində olan digər xidmətlərdə də müştərilərə yeni texnoloji həllər təqdim olunub.

SİMA yeni nəsil rəqəmsal imzanın “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiyası uğurla təmin olunub. “Elektron ipoteka və kredit zəmanət” sistemində digər elektron imza vasitələri ilə yanaşı (“ASAN İmza”, “SİMA Token” (elektron imza), BSXM imza) “SİMA İmza” rəqəmsal imzanın da tətbiq edilməsi vətəndaşlar üçün vaxt və maliyyə itkilərinin qarşısının alınmasına, göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına səbəb olacaqdır.

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Yaşıl xətt üzrə yerləşən “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə start verilir. 1985-ci ildə istismara verilmiş stansiyanın sözügedən keçidində istismar müddətini başa vurmuş, eləcə də korroziyanın təsirlərinə məruz qalmış kabançik tipli divar üzlükləri və döşəmə örtüyü yenilənəcək.

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə iş saatlarında dəyişiklik edəcək. Paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər və Bakı Metropoliteninin əməliyyat planına uyğun olaraq, stansiyalar gücləndirilmiş iş rejimində çalışacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması xüsusi tarixi və mənəvi məna daşıyır. Bu qərar Konstitusiyanın qəbul edilməsinin 30-cu, Vətən müharibəsində qazanılmış qələbənin isə 5-ci ildönümünə təsadüf etməklə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və suverenlik dəyərlərinin daha geniş təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

AZCON Holdinq şirkətlərindən olan Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın “Milli Peyk İnnovasiya” müsabiqəsi çərçivəsində 7–9-cu sinif şagirdləri tərəfindən hazırlanan bu kiçik ölçülü - “PocketQube” tipli peyk artıq kosmosdadır.

AZCON Holding şirkətlərindən olan Azərbaycan Respublikasının Kosmik Agentliyi - Azərkosmos Filippində keçirilən Asiya-Sakit Okean Regionu Kosmik Agentliklərinin Forumu (APRSAF-31) çərçivəsində təşkil olunan Cənub-Şərqi Asiya Kosmik Liderlər Forumu (Southeast Asian Space Leaders’ Forum) zamanı Azərbaycanın genişlənən kosmik imkanlarını və iqtisadi baxışını təqdim edib.

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC ilə “Metro İstanbul” arasında satınalma müqaviləsi imzalanıb. Müqavilə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı üzrə metropolitenin genişləndirilməsi layihələri üzrə mühəndislik sahəsində məsləhət və ekspertiza xidmətlərinin göstərilməsini nəzərdə tutur və dəyəri 586 500 AZN-dir.

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC 8 noyabrda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Zəfər Gününə həsr edilmiş hərbi parad və konsert proqramı ilə əlaqədar mərkəzi ərazilərə yaxın yerləşən “İçərişəhər”, “Sahil” və “28 May” xüsusi qaydada olmaqla, bütün stansiyalarda növbətçilik cədvəli əsasında nəzarət mexanizmləri gücləndiriləcək.