Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Qusarda “Prezident İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

    4 Sentyabr 2025 12:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qusarda “Prezident İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    3 sentyabr 2025-ci il tarixində Qusar rayonunda “Zəfərimizin sülhə aparan yolu” silsiləsindən “Prezident İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib.

    AzerVoice xəbər verir ki, Qusar Rayon İcra Hakimiyyəti və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda ilk öncə Ümummilli Lider Heydər Əliyev və respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin Vətən müharibəsində əldə etdiyi şanlı zəfərə diqqət çəkib, habelə, post-müharibə dönəmində sülhün əldə edilməsi üçün atılan addımların önəmini vurğulayıb: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın erməni faşizminə qarşı mübarizədə əldə etdiyi tarixi zəfər bütün regionda sülh və sabitlik üçün ciddi zəmin formalaşdırdı. Azərbaycan bu tarixi zəfərlə işğal faktorunu aradan qaldırdı, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Bununla da Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini faktiki olaraq təmin etdi.

    Bu gün Azərbaycan Respublikasının Prezidenti regional sülh üçün ciddi addımlar atmaqdadır. Cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması Prezidentimizin tarixi uğuru, tarixi nailiyyətidir. Bu uğur bütün regiona imkan verir ki, gələcək rifahını sülh və təhlükəsizlik şəraitində təmin etsin.

    Mən bütün veteranları, bütün gəncləri bundan sonra da dövlətimizin, onun Prezidentinin ətrafında sıx birləşməyə səsləyirəm. Böyük sevinc və məmnunluq hissi ilə qeyd edirəm ki, Qusar Rayon İcra Hakimiyyəti gənclərimiz arasında dövlətçilik təfəkkürünün güclənməsi, veteranların, ağsaqqalların, ziyalıların ictimai-siyasi proseslərdə, mənəvi-ideoloji işlərdə daha yaxından iştirakını dəstəkləyir, onlara böyük diqqət və qayğı ilə yanaşır. Bütün bu faktlar bizə imkan verir ki, dövlətimizin, xalqımızın gələcəyi üçün daha böyük səylə çalışaq, dövlətimizin siyasətinə töhfə verək”.

    Konfransda çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov da Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə diqqət çəkib:

    “Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfər təkcə dövlətimizin deyil, bütün regionun həyatında yeni bir dönəmin başlanğıcını qoydu. Azərbaycan xalqı bu tarixi qələbə ilə özünü tarix və dünya qarşısında bir daha təsdiq etdi.

    Bu gün bizim qarşımızda bir sıra məsələlər durur ki, bunlardan da biri dövlət başçımızın qeyd etdiyi kimi, mənəvi dəyərləri qoruyub saxlamaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirmək, onların tariximizə, soykökümüzə bağlılığını gücləndirməkdir. Bu işdə hər birimizin üzərinə böyük məsuliyyət düşür. Gənclərimizin dövlətimizin, Prezidentimiz ətrafında sıx birləşməsi, mənəvi dəyərlərimizin qorunması, bu dəyərlərin təbliği və inkişafı üçün veteranlarımız, ağsaqqallarımız cəmiyyətimizdə daha aktiv rol oynamalı, ictimai proseslərdə daha yaxındna iştirak etməlidirlər.

    Ulu Öndər Heydər Əliyev veteranları xalqımızın qızıl fondu adlandırmışdı. Onun veteranlarla bağlı işlətdiyi bu ifadə veteranlarımıza verilən ən yüksək qiymətdir və bu qiymət bu gün də öz aktullığını, önəmini qoruyub saxlayır”.

    İcra başçısı son bir ildə rayonda görülən mühüm quruculuq, təmir-bərpa işləri ilə bağlı da konfrans iştirakçılarına ətraflı məlumat verib, habelə, həyata keçiriləcək layihələrdən danışıb.

    Konfransın sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qusar Rayon Təşkilatının sədri Cavanşir Nurməmmədov Təşkilat və eləcə də Qusar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edilib və öz istəyi ilə sədr vəzifəsindən azad edilib. Qusar Rayon Ləzgi Dram teatrının direktoru Faiq Qardaşov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qusar Rayon Təşkilatına sədr seçilib.

    Polkovnik Cəlil Xəlilov və Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov yeni sədrə fəaliyyətində uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyiblər.

    Qusarda “Prezident İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib
    Qusarda “Prezident İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib
    Qusarda “Prezident İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib
    Qusarda “Prezident İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib
    Qusarda “Prezident İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib
    Qusarda “Prezident İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib
    Qusarda “Prezident İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib
    Qusarda “Prezident İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib
    Qusarda “Prezident İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib
    #Azərbaycan #Qusar #Qusar Rayon İcra Hakimiyyəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır - Hikmət Hacıyev

    23 Avqust 2026 14:58

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    22 Avqust 2026 21:19

    Azərbaycan və Özbəkistan arasında yeni əməkdaşlıq sənədləri imzalanıb

    22 Avqust 2026 18:36

    Daşkənddə Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu keçirilib

    22 Avqust 2026 14:57

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

    21 Avqust 2026 10:52

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana arpa göndəriləcək

    21 Avqust 2026 10:14

    Azərbaycan Afrika Respublikasına başsağlığı verib

    20 Avqust 2026 12:10

    Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır

    20 Avqust 2026 11:40

    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    20 Avqust 2026 11:20

    Azərbaycan və Özbəkistan yeni layihələri və ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib

    19 Avqust 2026 19:58

    Bakıda Azərbaycan və Qazaxıstan hərbi mütəxəssisləri arasında görüş keçirilib

    19 Avqust 2026 19:12
    XƏBƏR LENTİ

    Liviyada 10 nəfərin edamı ilə bağlı araşdırma tələb olunur

    İranla mübarizədə son mərhələyə daxil oluruq - Skott Bessent

    Səudiyyədə qadınların İKT sektorundakı payı 35%-ə çatdı

    Şotlandiyalı sənətçilər Edinburq festivalından İsraillə əlaqəli sponsorluqdan imtina tələb edir

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    İraq Səudiyyə Ərəbistanı və İranı vahid təhlükəsizlik şurasına çağırdı

    AfD əyalət seçkilərini Almaniyada hakimiyyətə yol kimi görür

    ABŞ İrana qarşı ən geniş iqtisadi təzyiq planını işə salır

    Norveç kralı V Haraldın səhhəti pisləşib

    İordaniya əsilli müğənni Zeyn 9 Avropa şəhərində konsert verəcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.