#Qusar Rayon İcra Hakimiyyəti

May ayının 1-də Azərbaycanda ilk dəfə şahmat məktəbi + basketbol meydançası birlikdə olan xüsusi ixtisaslaşmış Mərkəzin açılış mərasimi baş tutub. Layihə Qusar rayonunda İsfa Sporting İdman Klubu tərəfindən reallaşdırılıb. Layihənin həyata keçirilməsinə Qusar Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi dəstək göstərilib.

3 sentyabr 2025-ci il tarixində Qusar rayonunda “Zəfərimizin sülhə aparan yolu” silsiləsindən “Prezident İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib. Qusar Rayon İcra Hakimiyyəti və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda ilk öncə Ümummilli Lider Heydər Əliyev və respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.