Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Ayşenur Ezgi Eyginin cənazəsi Bakıya gətiriləcək

    12 Sentyabr 2024 15:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ayşenur Ezgi Eyginin cənazəsi Bakıya gətiriləcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    İşğal altındakı İordan çayının qərb sahilində yəhudi əsgərləri tərəfindən başından vurulan 26 yaşlı Ayşenur Ezgi Eyginin nəşı bu gün Bakıya gətiriləcək.

    AzerVoice ArabAZ -a istinadən xəbər verir ki, onun nəşi  bu gün axşam saatlarında Türkiyəyə dəfn edilməısi üçün göndəriləcək.

    Eyginin cənazəsinin Türkiyədə Didimdə dəfn ediləcək.

    Ayşenur Ezgi Eygi kimdir?

    İşğal altındakı İordan çayının qərb sahilində yəhudi əsgərləri tərəfindən başından vurulan 26 yaşlı Ayşenur Ezgi Eygi həyatını itirdi! Sosialist ideologiyasına mənsub olan Ayşenur çalışqan, perspektivli və uğurlu psixoloq idi.

    Nablus yaxınlığındakı Beyta qəsəbəsində qeyri qanuni yəhudi yaşayış məskənlərinin genişləndirilməsinə etiraz olaraq İsrail əsgərləri tərəfindən öldürülən Ayşenur Ezgi Eyginin cəmi 26 yaşı var idi.

    Fələstin mətbuatı gənc Ayşenur Ezgi Eyginin məhz İsrail ordusu snayperi tərəfindən öldürülüdüyünü qeyd etdikdən sonra, İsrail ordusunun bəyanatı gecikmədi və verilən açıqlamada ” Beyta bölgəsində zorakılıq aktlarının əsas təhrikçisinə qüvvələrimizə daş atan və onlara təhlükə yaradan qüvvələrimiz atəşlə cavab verdi”. –deyə bildirilib.

    Ayşenur Ezgi Eygi 1998-ci ildə Antalyada anadan olub . Əslən Aydın Nazillidən olan Eygi ailəsi ilə birlikdə Amerikada məskunlaşıb. Uzun müddətdir Amerikada yaşayan 26 yaşlı Ayşenur Ezgi Eyginin valideynləri 2019-cu ildə boşanıblar.

    ABŞ- da West Seattle Liseyində təhsilini başa vuran Ayşenur Ezgi Eygi təhsilini Vaşinqton Universitetində davam etdirib . Burada psixologiya təhsili alan gənc qadın universitetin ikinci kursunda Yaxın Şərq Dilləri və Mədəniyyətləri fakültəsi üzrə kiçik kursa başlayıb. 2024-cü ilin iyununda universiteti bitirib.

    Ayşenur Ezgi Eygi eyni taleyi paylaşdığı Rachel Corrie kimi Beynəlxalq Həmrəylik Hərəkatının (İSM) üzvü idi.

    Ayşenur Ezgi Eygi Vaşinqton Universitetində həmyaşıd mentor kimi işləyirdi və eyni zamanda “Visit Seattle” adlı səhifədə məzmun prodüseri idi.

    Fələstinli fermerləri qorumaq kampaniyası çərçivəsində Beynəlxalq Həmrəylik Hərəkatında (ISM) könüllü olaraq çalışırdı.

    Eyginin Linkedin hesabında özü haqqında belə yazmışdı: Uğurlu, çalışqan və idealist gənc qadın! Mən Vaşinqton Universitetini Psixologiya və Yaxın Şərq Dilləri və Mədəniyyətləri üzrə kiçik dərəcə ilə bitirmişəm. Mentorluq, davranış terapiyası və marketinq sahəsində güclü təməlim və ictimai xidmətə dərin bağlılığım var. Mənim müxtəlif peşə təcrübələrimə tələbələri akademik uğura yönəltmək, autizmli uşaqlara ABA texnikalarını tətbiq etmək və xidmət sənayesində effektiv marketinq strategiyaları yaratmaq daxildir. Tədbirlərin əlaqələndirilməsindən tutmuş resursları az olan icmalarda reabilitasiya dəstəyinin təmin edilməsinə qədər, mənim könüllü işim mənə həm yerli, həm də beynəlxalq səviyyədə təsir göstərməyə imkan verdi. Məni müsbət təsir göstərmək və daim öyrənmək, inkişaf etmək və mənalı layihələrə töhfə vermək üçün imkanlar axtarmaq həvəsi motivasiya edir.”

    İsrail snayperinin açdığı atəş nəticəsində başından güllə yarası alan Eygi xəstəxanaya aparılıb. Lakin ağır yaralanan Ayşenur Ezgi Eygi bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

    Eyginin cənazəsinin Türkiyəyə gətirilərək Didimdə dəfn edilməsinin planlaşdırıldığı öyrənilib.

    Ayşenur Ezgi Eyginin cənazəsi Bakıya gətiriləcək
    #Ayşenur Ezgi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

    5 İyun 2026 20:25

    Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

    5 İyun 2026 19:43

    “İşıqlı planetin sakinləri”: Xeyirxahlıq və Mədəniyyət Festivalı çərçivəsində sərgi

    5 İyun 2026 16:46

    Azərbaycanda cərimə balları artırıla bilər

    5 İyun 2026 11:50

    Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var

    5 İyun 2026 10:40

    Ankarada Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilib

    4 İyun 2026 17:34

    BMT İsraili türk fəal Eyginin ölümünün araşdırılmasında nəticə vermədiyinə görə tənqid edib

    5 Sentyabr 2025 13:35

    Ölkəmizin siyasətini ləkələyən iddiaları rədd edirik - Türkiyə XİN

    20 İyul 2025 17:29

    Eyginin ölümü ilə bağlı ABŞ siyasətçiləri Blinkenə məktub göndəriblər

    15 Yanvar 2025 09:02

    Eyginin ailəsi Blinkenlə görüşdən məyus olub

    17 Dekabr 2024 09:46

    Eyginin səhvən öldürülməsinə dair iddialar yalandır - Hal şahidi

    23 Oktyabr 2024 12:17

    Ayşenur Ezginin İsrail əsgərləri tərəfindən öldürülməsi əsassız idi- Blinken

    11 Sentyabr 2024 13:35
    XƏBƏR LENTİ

    Soyuq müharibənin ən sirli layihəsi - Zehni güclə kəşfiyyat mümkün idimi?

    Bello Vud döyüşü necə başladı? ABŞ dəniz piyadalarının Birinci Dünya müharibəsindəki ilk böyük sınağı

    Tarixdə bu gün - 6 İyun

    Həmas nümayəndə heyəti “atəşkəs” üçün Misirə gedib

    Hörmüz boğazının gələcəyi hansı yeni şərtlərlə müəyyən ediləcək?

    Fransız vətəndaşlarının gəmidəki vəziyyəti araşdırılır

    İranın Ali Rəhbərinin məsləhətçisi: Tramp danışıqlar problemini aradan qaldırmalıdır

    Xarici işlər nazirləri Livanda gərginliyin artmasına dərin narahatlıq bildirib

    BMT-nin ümumdünya qida proqramı: Enerji qiymətlərinin artımı qida çatışmazlığını dərinləşdirir

    İranın Ali Rəhbəri 2,000-dən çox məhbusu əfv edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.